Sona Vəliyevanın Həsən bəy Zərdabiyə həsr olunmuş kitabının imza günü keçirilib
24.09.2016 [09:58]
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı-publisist Sona Vəliyevanın milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə həsr etdiyi “İşığa gedən yol” romanının imza günü və təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə ədəbiyyat, mədəniyyət, media nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarına əsər haqqında məlumat verərək, qeyd edib ki, müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tarixi şəxsiyyətlər haqqında əsər yazmağın vacibliyinə toxunub. Nazir müavini qeyd edib ki, Həsən bəy Zərdabi haqqında məqalələrə, publisistik materiallara rast gəlinsə də, onun haqqında ətraflı, ömrünü tam əks etdirən əsər olmayıb. V.Əliyev Sona Vəliyevanın milli mətbuatımızın banisinin ömür yolunu bu cür geniş şəkildə təsvir etməsini son illərin hadisəsi və uğuru kimi dəyərləndirib: “Kitab həm geniş oxucular üçün nəzərdə tutulub, həm də Zərdabişünaslar, mütəxəssislər üçün dəyərli nəşrdir. Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri çox rahatlıqla başa düşür. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir”.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: “Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Roman nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir”.
Milli Məclisin deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında yeni əsərin yaradılması sevindirici haldır.
Milli Məclisin deputatı Elmira Axundova kitabın rus və ingilis dillərinə tərcümə edilməsi təklifi ilə çıxış edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və başqaları “İşığa gedən yol” kitabının tarixi və bədii əhəmiyyətindən danışıb, əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin və tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini də səsləndiriblər.
Təqdimat mərasiminin sonunda çıxış edən müəllif bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi səbəbi var: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz, azad yaşamağımızda vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o, ilahi missiyası olan adam idi”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

