İcbari tibbi sığortanın baza zərfinə 1800-dən artıq tibbi xidmət daxil edilib
11.10.2016 [10:15]
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev adına sarayda keçirilən tədbiri açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazi olaraq seçib. Pilot layihənin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.
Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev İcbari Tibbi Sığortanın mahiyyəti, Agentliyin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. Agentliyin məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin etmək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artırmaqdır. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir. Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik status olan vətəndaşlar sığorta haqqı ödəməyəcək. Təqribən 4 milyon vətəndaşın sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Bildirilib ki, Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İcbari Tibbi Sığortanın baza zərfinə daxil edilməyib. Gələcəkdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir.
Qeyd edilib ki, 2017-ci ilin əvvəlindən Yevlax rayonunda və Mingəçevir şəhərində İcbari Tibbi Sığortanın tətbiqinə başlanacaq və qısa zamanda bütün ölkənin digər regionlarını da əhatə edəcək.
Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlardan söz açaraq qeyd edib ki, respublikanın digər bölgələrində olduğu kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının da maddi-texniki bazası gücləndirilib. Vurğulanıb ki, İcbari Tibbi Sığortanın tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək.
Milli Məclisin deputatları Musa Urud və Məlahət İbrahimova İcbari Tibbi Sığortanın əhəmiyyətindən danışaraq, əhalinin bu sistemdə fəal iştirakının vacibliyini vurğulayıblar.
İcbari Tibbi Sığorta üzrə xarici ekspert Gediminas Çerniauskas İcbari Tibbi Sığortanın sosial layihə olduğunu qeyd edib və səhiyyə sistemində islahatların aparılmasının zamanın tələbi olduğunu bildirib.
Sonda İcbari Tibbi Sığorta ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56

