Gələn həftə Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək
10.03.2017 [09:46]
14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi xarici mətbuatın diqqət mərkəzindədir. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Rusiyada nəşr olunan “Voda maqazin” jurnalının 2017-ci il fevral buraxılışında Birinci Bakı Beynəlxalq Su Həftəsi və “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyindən bəhs edən geniş məqalə dərc edilib. “Keçmişdən gələcəyə” sərlövhəli məqalə fevral buraxılışının baş məqaləsidir.
Məqalədə Birinci Bakı Beynəlxalq Su Həftəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, həftə çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın 40-dək ölkəsindən nümayəndələrin iştirak etməsi Birinci Bakı Beynəlxalq Su Həftəsinə beynəlxalq aləmdə böyük marağın olmasından irəli gəlir. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının keçirilməsi bu tədbirin əhəmiyyətini daha da artırır.
Məqalədə həmçinin “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin tarixinə geniş yer verilib. XIX əsrin sonu, XX əsrin əvvəlində Bakı şəhərinin içməli su təchizatındakı vəziyyət, şəhəri su ilə təmin etmək üçün irəli sürülmüş təkliflər, tanınmış mühəndis Uilyam Lindley və Şollar layihəsi, Duma üzvü Hacı Zeynalabdin Tağıyevin bu sahədəki xidmətləri geniş işıqlandırılıb.
Məqalə müəllifləri Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı tarixinə qısa ekskurs edərək son 100 ildə icra olunmuş su infrastrukturu layihələrinə toxunublar. Məqalədə II Bakı su kəməri, Kür və Ceyranbatan sutəmizləyici qurğuları, Oğuz-Qəbələ-Bakı su kəməri və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə məlumatlar verilib. Məqalənin sonunda “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi ilə əlaqədar “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçiriləcəyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

