AZƏRTAC-ın Uşaq Bilik Portalı Gəncədə
11.03.2017 [10:34]
Martın 10-da Gəncə şəhərində Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib.
Məktəbin direktoru Nizami Rzayev AZƏRTAC-ın Uşaq Bilik Portalının balacaların dünyagörüşünün formalaşmasında, məktəblilərin maarifləndirilməsində, onların daha geniş biliklər əldə etməsində, eləcə də asudə vaxtlarının səmərəli təşkilində rolundan danışıb. Bildirib ki, təqdimat mərasiminə 100-dən çox şagirdin qatılması məktəblilərin portala artan marağından xəbər verir.
Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Ələkbərova, şəhər Təhsil İdarəsinin nümayəndəsi Aytəkin Cəfərova Uşaq Bilik Portalının faydasından danışıblar. Qeyd edilib ki, portal məktəblilər üçün mühüm informasiya resursu, həmçinin uşaqların maraq dairəsinə aid məlumatların toplandığı zəngin bilik mənbəyidir.
Sonra çıxış edən portalın rəhbəri Nigar Hüseynova Gəncə məktəbliləri ilə görüşdən məmnunluğunu bildirib.
Azərbaycanın informasiya məkanında AZƏRTAC-ın xüsusi yer tutduğunu deyən N.Hüseynova diqqətə çatdırıb ki, 2013-cü ildə agentliyin Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə yaradılmış Uşaq Bilik Portalı hər gün istifadəçilərə Azərbaycan və rus dillərində xəbərlər, onların maraq dairəsinə uyğun müxtəlif məqalələr, audio və videomateriallar təqdim edir. Portalı “Facebook” səhifəsində də izləmək mümkündür.
Məlumat verilib ki, portalın məktəb və liseylərdə təqdimatının keçirilməsi ənənə halını alıb. Bu görüşlərdə müəllim və şagirdlərin portal barədə fikirləri, təklifləri öyrənilir və nəzərə alınır. Uşaqlar portal tərəfindən təşkil olunan rəsm müsabiqələrində həvəslə iştirak edirlər.
Uşaq Bilik Portalına maraq getdikcə artır. Hazırda portala baxış sayı bir milyonu ötüb. Onu Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, ABŞ, Hollandiya, Gürcüstan, Türkiyə və digər ölkələrdən də izləyirlər.
Sonra iştirakçılara Uşaq Bilik Portalı haqqında videoçarx təqdim olunub.
Tədbir şagirdlərin ifasında Novruza həsr olunmuş şeir və mahnılar, səhnəciklərlə davam edib.
Təqdimat mərasimi çərçivəsində AZƏRTAC-ın Uşaq Bilik Portalı tərəfindən Gəncə məktəbliləri arasında Novruz bayramı münasibətilə təşkil edilmiş əl işləri və rəsm müsabiqəsinin yekun sərgisi nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən, I yerə Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, II yerə 4 nömrəli tam orta məktəbin IV sinif şagirdi Sabir Allahverdiyev, III yerə isə 25 nömrəli tam orta məktəbin IV sinif şagirdi Aysun İsgəndərova layiq görülüb.
AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi adından müsabiqənin qaliblərinə və iştirakçılarına diplomlar, fəxri fərmanlar, pul mükafatları və hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

