“Azərbaycan multikulturalizmi” fənninin tədrisi İndoneziyanın Qacah Mada Universitetində
08.04.2017 [12:16]
Professor Həbib Zərbəliyev: Azərbaycan multikulturalizmini öyrənən indoneziyalı tələbələr ölkəmizin təbliğatçılarına çevrilirlər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirilir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. BBMM-in mətbuat xidməti ölkədə və xaricdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən mütəxəssislərlə silsilə müsahibələri oxuculara təqdim etməyi nəzərdə tutur. Bu istiqamətdə növbəti müsahibimiz adıçəkilən fənni İndoneziyanın Cokyakarta şəhərindəki Qacah Mada Universitetində tədris edən professor Həbib Zərbəliyevdir.
“Çoxsaylı xalqların və müxtəlif dinə etiqad edənlərin bir arada yaşadığı İndoneziyada multikultural problemlər, müxtəlif etnoslar arasında müəyyən qarşıdurmalar var. Onlar da bunu aradan qaldırmaq üçün Azərbaycanın təcrübəsindən istifadəni mühüm və önəmli hesab edirlər, İndoneziyada multikulturalizmin tədrisinə böyük əhəmiyyət verirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qacah Mada Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, bu memoranduma əsasən, sözügedən universitetdə Azərbaycan multikulturalizmi fənni mütəmadi tədris olunur. Bu semestrdə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu “Kulturologiya” fakültəsinin tələbələrinə proqram üzrə 10 mühazirə və 4 seminar məşğələsi keçirilib. Mühazirələr Power Point proqramı əsasında hazırlanmış slaydlarla şərh edilib. Tələbələr dərsə ciddi yanaşır, seminarlarda Azərbaycanda multikultural vəziyyətlə, multikulturalizm sahəsində aparılan işlərlə bağlı müxtəlif mənbələrdən əldə etdikləri əlavə materiallar əsasında təqdimatlarla çıxış edirdilər.
Fevralın 27-də keçirilən növbəti dərsimiz Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuşdu. Bu, əvvəlcədən fakültənin rəhbərliyi ilə razılaşdırılmışdı. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verildi, videosüjetlər nümayiş etdirildi. Mənim dəvətimlə dərsdə İndoneziyada “Xocalıya ədalət!” kampaniyasının fəal təbliğatçısı olan İmas Xoirun Nisa Fuciati Rahim də iştirak edirdi. O, tələbələrə Xocalı faciəsinin dəhşətləri, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illər ərzində gördüyü işlər barədə məlumat verdi. Tələbələrin faciə ilə bağlı sualları cavablandırıldı. Sonra tələbələr çıxış edərək məsələyə münasibətlərini və Azərbaycanla həmrəyliklərini bildirdilər. Dərsin sonunda onlara Xocalı soyqırımı ilə bağlı hazırladığımız materiallar, bukletlər, Azərbaycanı simvolizə edən döş nişanları paylandı. Sonra tələbələr əllərində Azərbaycan bayrağı və şüarlarla universitetin həyətində Azərbaycana dəstək nümayişi kimi yürüş keçirtdilər. Azərbaycan multikulturalizmini öyrənən indoneziyalı tələbələr ölkəmizin təbliğatçılarına çevrilirlər”.
Alim bildirib ki, tədris müddətində həmçinin Cokyakarta Dövlət Universitetinin dəvətilə sözügedən universitetin magistrant və doktorantlarına mart ayı ərzində “Multikulturalizm qloballaşma dövründə: tarix və İndoneziya üçün çağırışlar”, “Azərbaycan və İndoneziyanın sosial-fəlsəfi düşüncəsində tolerantlıq və multikulturalizm” mövzusunda mühazirələr oxuyub: “Hər iki məruzəni 100 nəfərdən artıq magistrant və doktorant dinlədi. Tədbirə universitetin bir çox müəllimləri də qatılmışdı. Bütövlükdə 2 saat davam edən hər iki tədbirdə məruzələrdən sonra suallara cavab verildi, müzakirələr aparıldı.
Martın 21-də isə “Azərbaycan multikulturalizmi” fənnini tədris etdiyim Qacah Mada Universitetinin “Kulturologiya” fakültəsində bu fakültənin tələbə- müəllim kontingenti üçün “Mədəniyyətlərin dialoqu və tolerantlıq qloballaşma dövründə” mövzusunda təqdimat elədim. Təqdimatda faydalı müzakirələr aparıldı. Martın sonlarında tələbələr yekun imtahanını müvəffəqiyyətlə verdilər.
Tədris prosesində mənə ən çox verilən daimi suallardan biri budur ki, necə olur Azərbaycanda bu qədər etnoslar yanaşı dostcasına yaşayırlar və bu etnoslar arasında münaqişələr olmur? Bu suala belə cavab verirəm ki, bu xalqlar Azərbaycanda tarixən yaşamış xalqlardır və tarixi təcrübə onların bir-birinə daim tolerant münasibət bəsləməsinə şərait yaradıb. Bu artıq həyat tərzinə çevrilib və əsrlərdir davam edir. Ən mühümü də odur ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir, ölkə rəhbərliyi bütün etnik qruplara bərabər diqqət və qayğı göstərir. İndoneziyanın daha bir neçə universiteti Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etmək arzusundadır, bununla bağlı Mərkəzə rəsmi müraciət də ediblər, konkret layihələr var, hazırda bu istiqamətdə danışıqlar gedir”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

