Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDYPİ kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

BDYPİ kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

08.07.2026 [21:55]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.

Müraciətdə bildirilib ki, mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır. Lakin bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişindaşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Həmçinin xatırladılıb ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.

BDYPİ əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31