Abituriyentlər üçün ilk imtahan keçirilib
02.05.2017 [10:06]
Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İlk imtahanda iştirak edən 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent isə III qrup üzrə sualları cavablandırıb. Bütün binalarda imtahanlar saat 11-də başlayıb.
Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzeti olaraq imtahanın gedişatını izləmək üçün Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 171-də yerləşən Bakı şəhəri Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli məktəb-liseyə yollandıq. Abituriyentlər sualları cavablandırdıqları vaxt imtahan binasının qarşısında onları səbirsizliklə gözləyən valideyn və yaxınlarının prosesin gedişi və övladlarının imtahanlara hazırlığı ilə bağlı münasibətini öyrəndik. Qızı Səidəni imtahana gətirən Vəfa Babayeva üçün bu imtahan ikiqat həyəcanlı keçib. Çünki Vəfa xanımın digər övladı da eyni vaxtda başqa məktəbdə imtahan verirdi: “Bu gün iki övladımın da imtahanıdır. Qızımla imtahana mən, oğlumla isə atası getdi. Övladlarımın 11 illik zəhmətlərinin bəhrəsini gözləyirəm. İlboyu demək olar ki, mən də onlarla birgə bəzən səhərə qədər oyaq qalmışam. Sınaqlardan həmişə yüksək bal toplayıblar. Ümid edirəm ki, nəticə uğurlu olacaq və üzümüzü güldürəcəklər”.
Abbas Hüseynov da əminliklə oğlunun imtahandan uğurlu nəticə ilə çıxacağını bildirib: “Övladımdan çox mən həyəcanlıyam. Oğlum olduqca çalışqandır. Daim mütaliə etməyə və öyrənməyə çalışır. Əminəm ki, bu gün bütün zəhmətimizi dəyərləndirəcək və yüksək bal toplayacaq. Sınaqlardan 600-ə yaxın bal toplayıb. Bu dəfə də ondan eyni nəticəni gözləyirik”.
Nəhayət, imtahanın başlamasından 2 saat keçdikdən sonra abituriyentlər az-az da olsa, binanı tərk etməyə başladılar. III ixtisas qrupu üzrə imtahan verən Xəyyam Həsənov imtahandan olduqca razı ayrılıb: “İmtahan normal keçdi. Çox abituriyent sualların çətinliyindən şikayət etsə də, o qədər də çətin deyildi. İki ildir ki, sərasər imtahanlara hazırlaşıram. Sınaqlardan da yüksək bal toplamışam. İmtahan zamanı həyəcanlanıb özümü itirərəm deyə narahat olsam da, sual kitabçasını əldə etdikdən sonra bütün qorxularım yox oldu. Yüksək nəticə əldə edəcəyimə inanıram”.
Kəmalə Hüseynova isə Xəyyamdan fərqli olaraq, sualların, xüsusilə də, Ədəbiyyat fənni üzrə sualların çətinliyini dilə gətirib: “III ixtisas qrupu üzrə imtahan verdim. İmtahan normal keçdi. Amma ədəbiyyatdan suallar çox çətin idi. İlk növbədə bildiyim sualları cavablandırmağa çalışdım. Bu imtahanın nəticələri yüksək olmazsa, növbəti imtahanda bir daha şansımı sınamağı düşünürəm”.
Məlumat üçün bildirək ki, imtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur. Mayın 7-də isə I və IV ixtisas qruplarına sənəd verən abituriyentlərin bilikləri yoxlanılacaq. İyul ayında isə abituriyentlərə daha bir şans veriləcək. Belə ki, bu il ilk dəfə olaraq abituriyentlərə ikinci dəfə imtahan vermək üçün şans yaradılacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31

