İslam həmrəyliyi gənclərin gözü ilə
04.05.2017 [09:40]
Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib.
Konfransda DQİDK-nın, YAP Gənclər Birliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, partiya üzvləri, gənclər, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Bu günlərdə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Bu ərəfədə Azərbaycanın bütün dünyaya verdiyi İslam həmrəyliyi mesajının nələri, kimləri, hansı məqsədləri ehtiva etdiyini müxtəlif dini konfessiyalara mənsub gənclərlə müzakirə etmək təqdirəlayiqdir. Bu gün İslam dünyası çətin dövr yaşayır - çoxsaylı münaqişələr, terror, radikalizm, məzhəbçilik kimi hallar artır. Biz bu dəhşət saçan mənzərənin çıxış yolunu həm də həmrəylikdə görürük. İslam həmrəyliyi eyni maraqları yox, eyni dəyərləri bölüşənlərin birliyidir”.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov çıxışında bildirib ki, Azərbaycan xalqının mədəniyyətə, sivilizasiyalararası dialoqa verdiyi önəmin nəticəsində hər bir gənc istənilən kürsüdən məğrurluqla çıxış edə bilir. Bu gün Azərbaycan gəncinin üstün keyfiyyətlərindən biri bütün dinlərə hörmət etməkdir. Bütün dinlərə hörmətlə yanaşan Ulu öndər Heydər Əliyev sülhə, əmin-amanlığa böyük önəm verirdi.
Daha sonra çıxış edən QMİ-nin şöbə müdiri Aqil Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Denis Siveçnikov, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması barədə danışıblar.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

