Azərbaycan-Ukrayna hüquqi əməkdaşlığı genişlənir
24.06.2017 [09:15]
Azərbaycan-Ukrayna əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Zəngin müqavilə bazasına söykənən bu münasibətlərdə hüquq əməkdaşlığı da xüsusi yer tutur. İki ölkə arasında bağlanmış dövlətlərarası müqavilələr, həmçinin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Saziş çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.
Əməkdaşlığın genişləndirilməsi məqsədilə cari il iyunun 23-də Ukraynanın ədliyyə naziri Pavlo Petrenko və nazir müavini Qiya Qesadze ölkəmizə səfərə gəliblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Ukraynanın ədliyyə naziri Pavlo Petrenkonun görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin hüquqi sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb.
Nazir F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib. Nazir məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlərdən bəhs edərək dövlətimizin başçısının iştirakı ilə Nərimanov Rayon Məhkəməsinin müasir inzibati binasının yenicə açılışını xüsusi vurğulayıb. Həmçinin Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət”in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs olunub.
Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu bildirən ukraynalı nazir bir-birinə yaxın və dost olan ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qonaq respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. Nazir P.Petrenko hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb, Ukrayna tərəfi Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq təşkilatlarda haqlı mövqeyini daim dəstəklədiyini bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi, notariat institutunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak ediblər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətinə, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına dair, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi broşürlər təqdim edilib.
Həmin gün nazir P.Petrenkonun Ali Məhkəmədə görüşü olub, qonaqlar, həmçinin “ASAN xidmət”in fəaliyyəti, eləcə də Bakının tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

