Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünya Skaut Forumu müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olmaq üçün nadir imkan yaradır

Dünya Skaut Forumu müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olmaq üçün nadir imkan yaradır

18.08.2017 [09:51]

Burada dünyanın hər yerindən gəlmiş skautlar toplaşıb. Bu, ən geniş əhatəli forum və ən böyük məkandır. Forumun təşkili çox xoş təsir bağışlayır, hər şey ən yüksək səviyyədə, gözəl təşkil olunub. Biz forumun sessiyaları çərçivəsində kreativ ideya mübadiləsi aparır, qarşıdakı üç ildə görüləcək işləri müzakirə edirik. Forum dünyanın bütün guşələrindən yeni dostlar tapmağa imkan verir.
41-ci Dünya Skaut Konfransının isveçrəli iştirakçısı Martin Jurq Diezelm bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib. Skaut qeyd edib ki, Azərbaycanda təşkil edilmiş bu genişmiqyaslı forumda iştirak etmək onu çox sevindirir. Martin Jurq Diezelm deyib: “Burada olmağıma çox şadam. Azərbaycan zəngin mədəni ənənələrə malik olan çox gözəl ölkədir. Bakıya gələnə qədər Azərbaycan haqqında, xüsusən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi haqqında çox eşitmişdim. Həmvətənlərim bu müsabiqə ilə bağlı təşkilati işi çox təriflədilər, heyran olduqlarını bildirdilər. Mən Azərbaycana gəlməyi çoxdan istəyirdim”.
İsveçrəli skaut Azərbaycan hökumətinə və Dünya Skaut Konfransının təşkilatçılarına təşəkkürünü bildirərək deyib ki, skautlar bu tədbir çərçivəsində Azərbaycanın əlamətdar mədəni və tarixi yerlərində olurlar.
Martin Jurq Diezelm sonda deyib: “Konfransdan əvvəl Qəbələdə olduq. Ora da çox xoşuma gəldi. Sonra biz Bakıya gəldik. Burada gördüklərim mənim gözlədiklərimdən yüzqat güclü təsir bağışladı. Sözün yaxşı mənasında təəccübləndim və həyəcanlandim. Hər şey əladır”.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31