/ / Özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup şəxsə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib
Özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup şəxsə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib
31.08.2017 [10:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Ümumilikdə, bu günə qədər özünüməşğulluq proqramı çərçivəsində respublikamızın 50 rayon və şəhəri (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Cəbrayıl, Şirvan, Lerik, Masallı, Astara, Salyan, Cəlilabad, Sabirabad, Kürdəmir, Mingəçevir, Naftalan, Samux, Göygöl və b.) üzrə proqramın icrası prosesi başa çatdırılıb. 26 rayon və şəhər (Lənkəran, Ağdaş, Goranboy, Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Xaçmaz, Şəki, Bakı şəhərinin rayonları, Sumqayıt və s.) üzrə isə aktivlərin verilməsi prosesi davam etdirilir.
Verilmiş mal və materiallardan istifadə olunmaqla vətəndaşlar biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğu təmin edilməklə, onlara gəlirlərini artırmaq, gələcəkdə ailə biznesinə çıxış imkanı yaradılıb. Yeni qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da ölkəmizdə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlərə əlavə dəstəkdir.
Özünüməşğulluq proqramı çərçivəsində müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaları nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi nəticəsində isə növbəti illərdə bundan dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

