"Donuz qripi" təsvir edildiyi kimi qorxulu deyil
01.08.2009 [10:11]
“İlk simptomları adi qrip kimi olan A/H1N1 virusu sensasiya xatirinə yazılmış məqalələr kimi cəmiyyətdə ajiotaj yaratmamalıdır. çünki, bu virusa yoluxmuş insan qripin ilkin əlamətlərini müşahidə edən kimi həkimə müraciət etsə və düzgün istiqamətdə müalicə alsa, 3 gündən sonra özünü əvvəlki tək hiss etməyə başlayacaq”.
Bunu qəzetimizə açıqlamasında Elmi-Tədqiqatlar Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Xəyyam Məmmədov söyləyib.
Onun sözlərinə görə, “donuz qripi”nin ilk simptomları adi qripdəki kimidir: “Xəstəliyin ilkin əlaməti yüksək hərarətdir. Amma adi qripdən fərqli olaraq, burada hərarət çox yüksək olur. Daha sonra öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma olur. Bununla yanaşı, gözün selikli qişasının sulanması, onların qıcıqlanması, hətta oynaqlarda ağrılar da ola bilər. A/H1N1 virusunun ilk əlamətləri adi qripin ilkin simptomlarından kəskinliyinə görə fərqlənir. Məlumat üçün bildirim ki, bu virus bir qədər təhlükəlidir. çünki, virus digər insanlara hava, damcı yolu ilə də keçə bilir. Hətta əl-ələ tutduqda belə virus yayılır. Bu xəstəliyə yoluxmamaq üçün ilk növbədə ehtiyat tədbirləri həyata keçirmək lazımdır. Yəni, mövcud qorunma vasitələrindən istifadə etmək gərəkdir, yoluxma zonasından gəlmiş insanlarla görüşmək olmaz”.
Respublikamızda görülən tədbirlər barədə məlumat verən Xəyyam Məmmədov deyib ki, müalicə tədbirləri bir neçə istiqamətdə gedir: “Səhiyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi birlikdə çox ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində A/H1N1 virusuna qarşı müxtəlif istiqamətli işlər aparılır. Müxtəlif ölkələrdən respublikamıza gələn insanlar dəmir yolu vağzalında, hava və dəniz limanlarında yoxlanılır. Adı çəkilən ərazilərdə ciddi profilaktik tədbirlər görülür. Bundan başqa, həmin ərazilərdə həkim postları yaradılıb ki, onlarda bu virusun simptomlarının aşkarlandığı insanlara ilkin yardım göstərirlər. Virusla bağlı təhlükə olarsa, o zaman Taun Əleyhinə Stansiyada xüsusi laboratoriyalarda analiz edilir. Əgər virus aşkar olunarsa, onda Elmi-Tədqiqatlar Ağciyər Xəstəlikləri İnstitutunda stasionar şəraitdə müalicə edirik. Xatırladım ki, Səhiyyə Nazirliyinin köməyilə Elmi-Tədqiqatlar Ağciyər Xəstəlikləri İnstitutunda yüksək səviyyəli texnologiyalarla təchiz olunmuş şöbələr yardılıb. İnstitut, həmçinin, bütün dərman preparatları ilə təmin olunub”.
“Səhiyyə Nazirliyi Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxma halının qeydə alınması barədə məlumat yaydıqdan sonra, bəzi mətbuat orqanlarının bu xəstəliklə bağlı manşet yazıları dərc etməsi cəmiyyətdə dərin narahatlıq yaratmırmı?” sualını cavablandıran Xəyyam Məmmədov bildirib ki, cəmiyyətdə narahatlıq yaratmaq əvəzinə insanları maarifləndirmək lazımdır: “Cəmiyyətdə ajiotaj yaratmağa heç bir ehtiyac yoxdur. Bəzi insanlar bu məsələni həddindən artıq şişirdirlər. Digər qrup məlumatsız insanlar arasında isə böyük narahatlıqlar yaranır. Bu, həm də həmin insanlara psixoloji təsir edir. Dünya üzrə pandemiya elan olunsa da, ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusdan həlak olanların sayı 300-350 arasındadır. Halbuki, ötən müddət ərzində ABŞ-da adi qripdən ölənlərin sayı 34 000-ə çatırdı. Ona görə də, təşvişə ehtiyac yoxdur. Amma mən bir daha bütün insanlara məsləhət görürəm ki, xəstəliyin ilkin əlamətləri kimdə görünərsə, həmin gün həkimə müraciət etsin”.
Baş həkimin məsləhətləri:
- Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir. Profilaktik tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən mütləq qorunmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla təmasa girməmək üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat vermək lazımdır.
A/H1N1 virusundan necə qorunmaq lazımdır?
- Yüksək hərarəti, öskürəyi, hərarəti olan şəxslərlə təmasdan çəkinmək.
- Əlləri tez-tez sabunla yumaq.
- Sabun və su olmadıqda əlləri spirtli tampunla silmək.
- Asqırdıqda və ya öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək.
- Gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq.
- Sağlam həyat tərzi keçirmək, o cümlədən, normal yuxuya riayət etmək.
- Vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq.
- Xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək.
Ev şəraitində xəstəyə qulluq qaydaları
- Xəstəni ayrıca otaqda izolə etmək.
- Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
- Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
- Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
- Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla təmizləmək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

