Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
18.10.2017 [10:14]
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat veriblər.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Ümummilli lider Heydər Əliyevin “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” kəlamını xatırladıb. 18 oktyabrın Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikası artıq 26 ildir əsarət altında olmayan, müstəqil, istiqlal qazanmış ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra yenidən qovuşub. Doğru deyiblər ki, hər gecənin bir gündüzü var. Gec də olsa, Azərbaycan Respublikasının azadlıq amalı işıq üzünə çıxa bilib. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub.
Bəxtiyar Əsgərov qeyd edib ki, 1918-ci ildə İslam Şərqində ilk demokratik respublika - Azərbaycan Cümhuriyyəti qurulub. Lakin bu respublikanın ömrü qısa olub. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti az vaxtdan - cəmi 23 aydan sonra süqut edib. Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum olsa da, respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirib və müstəqillik üçün lazımı əsaslar yaradıb. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib olub. Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament (o dövrdə Ali Sovet adlanırdı) Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyevin təkrarolunmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi dönməzlik və əbədilik qazanıb. Məhz Ulu öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması aradan qaldırılıb, fəlakət astanasında olan yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib.
“Sosial-iqtisadi dirçəliş konsepsiyası uğurla həyata keçirilib, dövlətimizin beynəlxalq imici bərpa olunub, çox sayda ikitərəfli və çoxtərəfli dövlətlərarası müqavilələr imzalanıb, neft strategiyasının əsası qoyulub, bir sözlə müstəqil Azərbaycanın qorunması və inkişafı üçün bütün layihələr masaya yatırılıb. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” kəlamının həyatda öz əksini tapmasına şahidlik edən Azərbaycan xalqı bu gün öz liderini şükranlıqla xatırlayır və onun unudulmaz xatirəsini heç vaxt unutmayacaq”, - deyə Bəxtiyar Əsgərov əlavə edib.
Qeyd olunub ki, 1993-cü il müstəqillik tariximizin yenidən doğuluş, qurtuluş səhifəsidir. Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilib. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə böyük Heydər Əliyevin müəllifliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Respublikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş verib - milli valyutamız olan manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bütün bunların sayəsində gündən-günə respublikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.
Bəxtiyar Əsgərov dövlətimizin başçısı İlham Əliyevin söylədiyi bir fikri də diqqətə çatdırıb: “Bizim ən böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin əsaslarını yaratdığı və möhkəm təməllər üzərində inkişaf etdirilən, dünyada və regionda söz sahibi olmaq hüququnu qazanmış bir müstəqil dövlətdə, heç vaxt müstəqilliyindən, müstəqil siyasətindən dönməyəcək demokratik Azərbaycan Respublikasında. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.
Sonda Bəxtiyar Əsgərov Dövlət Müstəqilliyi Günündən danışarkən Naxçıvan Muxtar Respublikasında milli dövlətçilik naminə gedən proseslərdən də söhbət açıb, Azərbaycanın müstəqil dövlət kimi yaşamasında və müstəqilliyimizin əldə olunmasında Naxçıvanın əvəzsiz yerindən, mövqeyindən danışıb. O dövrdə insanların hələ Sovetlər İttifaqı dağılmamış sərhədləri sökərək mili dövlət yaratmaq istəklərini nümunə göstərib, qorxmadan mitinqlər təşkil etdiklərini və hələ Azərbaycanın Ali Sovetinin müstəqillik aktı qəbul etməsindən əvvəl 1990-cı ildə üçrəngli bayrağımızın məhz Ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində qaldırılmasını tarixi hadisə kimi şərh edib. Bu gün Naxçıvanda görülən işlər, uğurla həyata keçirilən dövlət proqramları barədə məlumat verən natiq, həmçinin qeyd edib ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun sayəsində inkişaf mərhələsini yaşayan Azərbaycanımızın bu gözəl guşəsi öz tərəqqisi və yüksəlişi ilə dünyanın diqqət, cazibə mərkəzinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

