/ / Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib
02.12.2017 [01:01]
Ölkəmizdə həyata keçirilən demokratik islahatlar vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafını təmin edib
Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi demokratik inkişafın əsas prioritetlərindən sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi qismində çıxış edən vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması bütövlükdə sabit inkişafın təməl prinsipidir. Vurğulamaq lazımdır ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafı yönündə əldə olunan nailiyyətlər birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir. Belə ki, ölkəmizdə 1993-cü ilin iyunundan indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb.
Yaxın keçmişimizə, daha doğrusu, müstəqilliyimizin əldə olunduğu ötən əsrin son onilliyinə nəzər saldıqda ölkəmizin hansı keşməkeşləri yaşadığı, hansı çətinliklərdən keçdiyi bəlli olur. Hələ 1991-1992-ci illərdə xaricdən erməni işğalçıları və onları dəstəkləyən qüvvələrin hücumları, daxildən isə idarəçilik təcrübəsi olmayan, müstəqillik anlayışını tam şəkildə hətta qavraya bilməyənlərin səriştəsizliyi ucbatından qısa zaman kəsiyində yaranan qarşıdurma, anarxiya Azərbaycan Respublikasının bir dövlət kimi xəritədən silinməsi təhlükəsini yaratmışdı. Bununla yanaşı, daxili xaosun yaratdığı mənzərədə insan hüquq və azadlıqlarının pozulması faktları ənənəyə çevrilmişdi. Məhz ölkənin ağır durumda olduğu vaxtda - 1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyevin Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş qarşıdurmasının, Azərbaycanın parçalanmaq təhlükəsinin qarşısı alındı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Beləliklə, Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi. Ulu öndərin Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün oldu. Bunun ardınca həyata keçirilən işlər isə ilk növbədə Azərbaycanda hüquqi dövlət quruculuğunun başlanmasına, həmçinin insan hüquq və azadlıqlarının qorunması yönündə ilkin addımların atılmasına təkan verdi.
Bir sözlə, Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan demokratik inkişaf yoluna qədəm qoydu və ölkəmizdə demokratiyanın əsas atributlarından sayılan insan hüquq və azadlıqlarının qorunması yönündə əsaslı işlər görüldü. Bu mənada demokratik inkişafın əsas elementi rolunda çıxış edən Əsas Qanun - Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasında təməl sayıla bilər. Məlum olduğu kimi, Əsas Qanunun müddəalarının böyük hissəsi insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Eyni zamanda, Azərbaycanda dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyırlar.
Vurğulamaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görürdü. Məhz Ulu öndərimizin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyanın müddəalarına uyğun olaraq ölkəmizdə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirilir, qanunvericilik sahəsində aparılan əsaslı hüquqi islahatlar nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində başlanılmış cinayət işinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəyə təminat alıb, ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və mətbuat azadlığı, dini və milli azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.
Ölkəmiz həmçinin insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları da dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının tərəfdarı kimi çıxış edir.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması çərçivəsində ən mühüm addımlardan biri ölüm cəzasının ləğv edilməsi sayıla bilər. Məlum olduğu kimi, Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışının ardından ölüm cəzasının icrasına moratorium qoyuldu, sonra isə 1998-ci il 10 fevral tarixli qanunla bu cəza növü Şərqdə ilk olaraq Azərbaycanda ləğv olundu.
Ölkəmizdə həyata keçirilən siyasi kurs Azərbaycanın dünyaya inteqrasiyasını, beynəlxalq aləmin, yerləşdiyi regionun əsas siyasi aktorlarından biri kimi çıxış etməsini şərtləndirdi. Belə ki, əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici və daxili siyasət kursu Azərbaycanın demokratik prinsiplərə sədaqət nümayiş etdirən ölkə kimi tanınmasına yol açıb. Yeri gəlmişkən, bu ilin oktyabrında Bakıda Avropa İttifaqının nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan son illərdə sürətlə inkişaf edir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan demokratik ölkədir: “Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz, demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır”.
Digər tərəfdən, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması III sektor adlanan vətəndaş cəmiyyətinin inkişafında etibarlı zəmin yaradıb. Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən Əsas Qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir.
Öz növbəsində Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs Azərbaycanda vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bu istiqamətdə atılan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır.
Qeyd etdiyimiz kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Bunun qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir.
Beləliklə, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, həyata keçirilən demokratik islahatlar vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafını təmin edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan demokratik ölkə kimi tanınır, bu istiqamətdə reallaşdırılan fundamental islahatlar beyəlxalq təşkilatlar tərəfindən təqdir olunur.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

