/ / Azərbaycanın və qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr uğurla inkişaf edir
Azərbaycanın və qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr uğurla inkişaf edir
04.04.2018 [10:28]
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd edib. Türkiyənin və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələrinin türk dünyasının birliyinin və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığı vurğulanıb.
Ali Məhkəmənin sədri Azərbaycan ilə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də genişləndiyini vurğulayıb. Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun formalaşmasında xidmətləri məmnunluqla qeyd edilib.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində əksini tapdığını deyib. Ramiz Rzayev Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gül iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qonaq nazir bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxıblar.
Türkiyənin ədliyyə naziri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

