/ / “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Azərbaycan multikulturalizmi barədə məlumatlandırılıb
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Azərbaycan multikulturalizmi barədə məlumatlandırılıb
04.05.2018 [10:11]
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə komitə sədrinin müavini qonaqlara ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit barədə məlumat verib.
Səyavuş Heydərov bildirib ki, ölkəmizdəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb, dini konfessiya nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəlib. Sədr müavini ölkəmizin enerji təhlükəsizliyi ilə yanaşı, beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində əməli addımlar atdığını xatırladıb. O vurğulayıb ki, son illər Azərbaycanın humanitar, sivilizasiyalararası və dinlərarası dialoq forumlarının, mötəbər idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərindən birinə çevrilməsi heç də təsadüfi deyil.
Ölkəmizə yenidən səfərindən məmnunluğunu ifadə edən “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. T.Breys son illərdə ölkəmizdə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin normal fəaliyyətinin təmin olunması, xüsusi ayinlərin icrası və dini bayramlarının qeyd olunması üçün yaradılan şəraitə görə razılığını ifadə edib.
Söhbət zamanı ABŞ-ın “Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası”nın son günlərdə açıqladığı hesabatına da toxunan qonaq ötən illərə aid bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəssüfləndiyini bildirib. Bu cür qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

