“Kaspi nəşrləri” seriyasından iki yeni kitabın təqdimatı olub
02.06.2018 [10:15]
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə iyunun 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab - “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr”i təqdim edilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “Kaspidən” seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin - görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilinə tərcüməsi toplanıb. Bu yazılarda Azərbaycanın və bütünlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif istiqamətləri ilə əksini tapıb. Ə.Topçubaşovun zəngin publisistik irsi onun milli istiqlal məfkurəsinin öncülü və Azərbaycan Cümhuriyyətinin ideoloqlarından biri olduğunu göstərməklə yanaşı, “Kaspi” qəzetinin də həmin prosesdəki roluna və xidmətlərinə işıq salır. Əsər tarixçilər, filoloqlar, politoloqlar, media təmsilçiləri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın tərtibçisi və rus dilindən tərcümə edən, müqəddimə, izah və şərhlərin müəllifi tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.
“XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” nəşrində isə Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətindən bəhs olunur. “Kaspi” qəzeti və “Kaspi” Təhsil şirkəti tərəfindən nəşr edilən bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru Sona Vəliyevadır.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Kaspidən” seçmələr” kitabında millətimiz üçün gərəkli mövzulara yer verildiyini bildirib. O, “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında Ümummilli lider Heydər Əliyevə xüsusi bölmə ayrıldığını və bu bölmədə Ulu öndərin Cümhuriyyət qurucularına ehtiramının qabarıq şəkildə göstərildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiqi istiqamətində böyük işlər görüb. O deyib ki, Cümhuriyyətin qurucuları Azərbaycan millətinə azadlıq ruhu ötürdülər və onun qorunmasına çalışdılar. Ulu öndər Heydər Əliyevin Cümhuriyyətin istiqlal düşüncəsini sovet dönəmində sönməyə qoymaması, 1990-cı ilin əvvəlində hakimiyyətə gəldiyi zaman çətin bir vaxtda Azərbaycanın yeni memarı kimi özünü sevdirməsi bizə bu kitabın bir hissəsini Heydər Əliyevə həsr etməyə imkan verdi.
Sona Vəliyeva diqqətə çatdırıb ki, bu kitablar Azərbaycanın görkəmli dövlət xadimlərinin tanıdılması istiqamətində mühüm rol oynayacaq. “Kaspi nəşrləri” seriyası çərçivəsində Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsi də nəzərdə tutulur. “Qoy xalqımız onun min bir çətinliklə Dumada keçirdiyi qanunlar, gördüyü işlərlə tanış olsunlar”, - deyə o əlavə edib.
Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, yeni nəşrlər oxuculara geniş məlumat verir. Bu kitablar Azərbaycanın dövlət qurucularının tanıdılması işində mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kitabın redaksiya heyətinə rəhbərlik etdiyinə görə S.Vəliyevaya minnətdarlığını bildirib. Qeyd edilib ki, nəşrlər tariximiz üçün çox əhəmiyyətlidir və görkəmli dövlət xadimləri haqqında bir informasiya mənbəyidir.
“Kaspi” qəzetinin fəaliyyətini yüksək dəyərləndirən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıb ki, bu mətbu orqan, eyni zamanda, bir maarifləndirmə vasitəsidir. Belə ki, bu qəzet Cümhuriyyətlə bağlı maarifləndirmə missiyasını layiqincə yerinə yetirir. “Kaspi nəşrləri” seriyasından olan “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında Cümhuriyyətin qurucuları ilə bağlı müfəssəl məlumatlar əldə etmək mümkündür.
Nəşrlərin Azərbaycan oxucusu üçün kifayət qədər dəyərə malik olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında Cümhuriyyət qurucuları haqqında kifayət qədər məlumat toplanılıb. Azərbaycanın ötən əsrdə yenidən müstəqilliyini qazandığı, ölkədə anarxiyanın hökm sürdüyü bir dövrdə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq ölkəmizi xilas etməsi kitabda geniş əks olunub. Hər iki kitabda kifayət qədər zəngin faktlar var.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyev, Azərbaycan-Türkiyə Evinin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Xalq” qəzetinin əməkdaşı Tahir Aydınoğlu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızı və digər çıxış edənlər “Kaspi nəşrləri” seriyasından çapdan çıxan kitablarla bağlı fikirlərini bölüşüblər.
Sonda sənətşünas alim Ziyadxan Əliyev ənənəvi “Kaspi” mükafatının builki sahibi kimi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

