/ / Bakıda “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir
08.06.2018 [08:59]
İyunun 7-də ADA Universitetinin Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda ikigünlük beynəlxalq elm və təhsil konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində ADA Universitetinin prorektoru Vəfa Kazdal tədbirin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına”na həsr olunduğunu bildirib. Prorektor konfransda bu sənədin qəbulundan sonra əldə olunan nəticələrin təhlil ediləcəyini və bu istiqamətdə müzakirələrin aparılacağını diqqətə çatdırıb. Beynəlxalq tədbirə 50-dən çox tədqiqat işinin təqdim olunduğunu deyən V.Kazdal qeyd edib ki, müstəqil elmi şura tərəfindən 15 tədqiqat işi seçilib. Konfrans çərçivəsində ADA Universitetinin Təhsil İnstitutunun bu il təhsilin idarəedilməsi ixtisası üzrə məzun olan ilk buraxılışının diplom işləri və apardıqları elmi araşdırmanın nəticələri ətrafında da fikir mübadiləsi aparılacaq. Tədbir iştirakçıları təhsilin müxtəlif səviyyələrində tətbiq edilən aparıcı beynəlxalq təcrübə ilə tanış olacaqlar.
Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atıldığını, vacib nailiyyətlərin əldə edildiyini bildirib. Nazir məlumat verib ki, 2008-ci ildən başlayaraq ümumtəhsil müəssisələrində yeni kurikulumların tətbiqi prosesi başa çatmaqdadır. Artıq növbəti tədris ilində yeni kurikulumlar XI sinifdə tətbiq ediləcək. Azərbaycan 2019-cu ildə TİMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcək, bu nəticələrin təhlili də məzmunun təkmilləşdirilməsi, şagird nailiyyətlərinə təsir göstərən amillərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bundan əlavə tədris planlarının strukturu, dərs yükünün həcminin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar Təhsil Nazirliyinin maraq dairəsindədir.
Müəllimlərlə bağlı da bir sıra nailiyyətlərin əldə edildiyini deyən nazir bildirib ki, ölkənin tarixində ilk dəfə 130 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub, onların müvafiq ehtiyacları müəyyənləşdirilib. Diaqnostik qiymətləndirməyə cəlb edilmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla əməkhaqqları iki dəfə artıb. Müəllim işləmək arzusunda olan insanların sayı üç dəfə çoxalıb. Hazırda istər ilk peşə-ixtisas təhsili, istərsə də ali təhsil sahəsində bir sıra mühüm layihələr həyata keçirilir.
Son illərdə iki hədəfə nail olunduğunu deyən C.Bayramov bildirib ki, ali təhsil müəssisələrinə qəbul edilmiş abituriyentlərin sayı əsaslı, təxminən 4 min nəfər (12 faiz) artıb, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul balı yüksəlib (179 baldan 239 bala, 60 bal və ya 33,5 faiz). Bununla belə peşə və ali təhsil müəssisələrində tədris olunan proqramların məzmunu, hazırda əmək bazarında baş verən əsas tendensiyalar, innovasiya və startaplar istiqamətində bir sıra mühüm tədqiqatların aparılmasına ehtiyac var.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, son illər milli təhsilimizin inkişafında yeni mərhələ başlanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, modelləşdirmə, quruculuq işləri ölkəmizdə təhsilin keyfiyyətini yüksəldir. Ölkədə iqtisadi kapitalın insan kapitalına çevrilməsi müşahidə edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında aparılan islahatlar, görülən tədbirlər, qazanılan nəticələr bundan sonrakı illər üçün də dərin nikbinlik yaradır.
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işlər barədə məlumat verən M.Abbaszadə dərsliklərin monitorinqində, yeni qaydaların qəbul olunmasında, müasir modellərin hazırlanmasında və digər məsələlərdə rəhbərlik etdiyi qurumun fəaliyyətini diqqətə çatdırıb.
DİM Direktorlar Şurasının sədri gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdlərinin də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklərini diqqətə çatdırıb.
Tədbirdə Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.
Daha sonra konfrans işini “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.
Konfrans mayın 7-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

