/ / Beynəlxalq konfransın iştirakçıları Azərbaycanda həyata keçirilən ailə, qadın və uşaq siyasəti barədə məlumatlandırılıb
Beynəlxalq konfransın iştirakçıları Azərbaycanda həyata keçirilən ailə, qadın və uşaq siyasəti barədə məlumatlandırılıb
22.06.2018 [09:13]
İyunun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova qonaqlara Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycanda qadın siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Lakin komitə həm də uşaq problemləri ilə bağlı məsələlərlə məşğul olur. Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Hazırda Prezident İlham Əliyev Ulu öndərin bu istiqamətdə siyasi xəttini uğurla davam etdirir. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı üçün önəmli layihələr həyata keçirir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika forumları keçirilir.
Diqqətə çatdırılıb ki, AQUPDK-nın bir çox dövlət qurumları, eləcə də Ombudsman Aparatı, həmçinin beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlığı qurulub və inkişaf etdirilir.
Görüşdə iştirak edən ombudsman Elmira Süleymanova bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir.
Elmira Süleymanova ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ölkəmizdə həyata keçirilən layihələrin önəmini qeyd edib, xüsusilə AQUPDK-nın bu istiqamətdə səmərəli fəaliyyətindən danışıb. O, Ombudsman İnstitutunun Dövlət Komitəsi ilə sıx əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
Sonda qonaqların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10

