Bakı ilə Vaşinqtonun sülh gündəmi qlobal təhlükəsizliyə töhfə verir
18.07.2026 [13:35]
Donald Tramp Azərbaycanın bölgədəki rolunu yüksək dəyərləndirir
Artıq bir neçə ildir ki, dövlətlərin qlobal proseslərdəki iştirakı, nüfuzu hərbi və iqtisadi potensialla yanaşı, həm də regional sabitliyə töhfəsi, diplomatik fəallığı və qlobal təşəbbüsləri ilə müəyyənləşir. Azərbaycan məhz bu istiqamətlər üzrə əldə etdiyi uğurlarla orta güc statusunu möhkəmləndirən ölkələr sırasında göstərilir. Təsadüfi deyil ki, IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev ölkəmizi məhz “orta güc” statusu qazanmasının səbəblərinə, bu statusun meyarlarına diqqət çəkdi. Bakının beynəlxalq siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və iqlim gündəliyinin mühüm platformalarından birinə çevrilməsi ölkəmizin artan geosiyasi çəkisini nümayiş etdirir. Şuşa Qlobal Media Forumuna dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və rəsmilərin böyük maraq göstərməsi də Azərbaycanın beynəlxalq gündəmdə tutduğu mövqenin növbəti təsdiqidir. Regionda yeni əməkdaşlıq və sülh arxitekturasının formalaşdırılması istiqamətində irəli sürdüyü təşəbbüslər, iqtisadi inkişaf modeli və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələr Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsini daha da gücləndirir. Bütün bunlar ölkənin regional liderlik imkanlarının qlobal miqyasda da getdikcə daha çox qəbul edildiyini göstərir.
Trampın paylaşımı...
Bu xüsusda ABŞ-ın Azərbaycana artan diqqəti xüsusi əhəmiyyət daşıyır. Prezident Donald Trampın ikinci dəfə dövlət başçısı seçilməsinin ardından müəyyənləşdirdiyi qlobalyönümlü və sülhpərvər siyasət Bakının çağırışları ilə üst-üstə düşür. Məhz bunun nəticəsidir ki, hər iki ölkə son dövrlərdə qlobal təhlükəsizliyin təmini prosesində yanaşı dayanır, birgə hərəkət edir. Prezident İlham Əliyev hər zaman Donald Trampın beynəlxalq sülhə verdiyi töhfələri yüksək dəyərləndirir. IV Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev bildirdi ki, Prezident Tramp sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir: “Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar”
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərinin yer aldığı məqaləni özünün “Truth” sosial şəbəkə hesabında paylaşıb. Həmin geniş məqalə “Breitbart”da dərc olunub. “Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi” başlıqlı məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə yer verilib. Məqalədə Prezident İlham Əliyevin Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyini, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb.
Vaşinqton Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir...
Bu fakt bir daha deyilənləri təsdiqləyir - Azərbaycan ilə Donald Trampın sülh yanaşmalarında mühüm uyğunluqlar mövcuddur. Ötən ilin yayında Vaşinqtonda keçirilən üçtərəfli danışıqlar, Azərbaycanın sülh təşəbbüsünün ABŞ-ın paytaxtında təsdiqlənməsi, sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni bir gələcək üçün mühüm təməllər atdı. Azərbaycanın bu təşəbbüsü beynəlxalq ictimaiyyətə açıq mesajdır: sülhün təşviqi və münaqişələrin aradan qaldırılması bəşəriyyət üçün ən vacib missiyadır. Dövlətimiz özünəməxsus şəkildə göstərir ki, qlobal səylərə dəstək vermək, sülh yönümlü siyasəti olan liderləri dəyərləndirmək, beynəlxalq dialoqu gücləndirmək XXI əsrin əsas prioritetlərindən biridir. Bu həm Azərbaycanın sülh fəlsəfəsinə sadiqliyinin, həm də gələcək təhlükəsiz dünya düzəni naminə göstərdiyi prinsipial mövqenin təzahürüdür.
Daha sonra, ötən ilin payızında Misirdə təşkil olunan Qlobal Sülh Sammitində və Nyu Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində də Trampın səsləndirdiyi fikirlər sübut etdi ki, Bakı ilə Vaşinqtonun sülh gündəliyi paralel tezislərə əsaslanır. Bu mövqe göstərir ki, Bakı və Vaşinqton arasında sülh və təhlükəsizlik sahəsində formalaşan yeni əməkdaşlıq xətti getdikcə daha sistemli xarakter alır. Bu da təsadüfi deyil. Azərbaycan uzun illərdir regionda sabitliyi təşviq edən, münaqişələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüslər irəli sürən dövlət kimi tanınır. 44 günlük müharibədən sonra formalaşmış yeni reallıq, regionda açılan kommunikasiyalar, təhlükəsizlik formatlarının yenidən qurulması və əməkdaşlıq məkanının genişlənməsi Azərbaycanın sülh siyasətini daha da aktuallaşdırıb. Trampın bu siyasəti müsbət qiymətləndirməsi və hər zaman Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Sülhpərvər mövqeyə verilən dəyərli qiymət...
Prezident İlham Əliyev də öz növbəsində IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.
Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim. Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib. Siz həqiqətən də Sülh İnsanısınız”.
Trampın sülh missiyası...
Vurğulandığı kimi, Donald Trampın son bir ildə həyata keçirdiyi diplomatik təşəbbüslər beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirdi. Xüsusilə Yaxın Şərqdə, Afrikada, Asiyada uzun illər davam edən qarşıdurmaların yumşaldılması, region ölkələri arasında etimad mühitinin formalaşdırılması və təhlükəsizlik dialoqunun bərpa edilməsi Tramp administrasiyasının əsas nailiyyətləri sırasındadır. Trampın diplomatik xəttinin əsas xüsusiyyətlərindən biri proseslərin uzadılmasına deyil, konkret nəticələrə hesablanmasıdır. Bir il ərzində səkkiz müxtəlif münaqişənin dayandırılmasına vasitəçilik etmək onun sülhə yönəlik praqmatik yanaşmasını təsdiqləyir.
Ötən ilin avqustunda Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma, sülh sazişinin paraflanması da bölgədə yeni geosiyasi reallıq yaratdı. Bu razılaşmanın əldə olunması prosesində ABŞ-ın, xüsusilə də Donald Trampın iştirakı və dəstəyi mühüm rol oynadı. Vaşinqtonun tərəflərə təzyiq göstərmədən, lakin dialoqu təşviq edərək sülh prosesinə töhfə verməsi bu nailiyyətin əsas elementlərindən biri sayılır. Beləliklə, Trampın həyata keçirdiyi siyasət həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sabitlik üfüqlərini genişləndirib. Onun sülh təşəbbüsləri qlobal miqyasda sülhə dəstək verən liderlərin fəaliyyətində yeni nümunə kimi qiymətləndirilir.
İkitərəfli əlaqələr üçün yeni gündəm...
Prezident Donald Tramın IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşımı bir daha Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirdiyini təsdiqləyir.
İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda ədalətli, davamlı və qarşılıqlı hörmətə əsaslanan sülh modelini formalaşdırıb. Tramp bu siyasətin real nəticələr verdiyini açıq şəkildə görür - iki lider arasında münasibətlər həm də iki ölkənin strateji baxışlarının üst-üstə düşməsi fonunda formalaşmış siyasi reallıqdır. Bir sözlə, ABŞ-Azərbaycan ikitərəfli münasibətləri yeni bir status qazanıb. Bu il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

