/ / Dilarə Seyidzadə: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd edilməsi mühüm siyasi-elmi əhəmiyyət daşıyır
Dilarə Seyidzadə: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd edilməsi mühüm siyasi-elmi əhəmiyyət daşıyır
29.06.2018 [09:56]
“Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini bölmə iclaslarında davam etdirib.
Birinci bölmə üzrə elmi məruzələr hazırda Azərbaycan Dövlət Aqrar Universitetin əsas binası olan, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclaslarının keçirildiyi məkanda dinlənilib.
“Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait” adlı birinci bölmə öz işinə tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemini milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadənin sədrliyi ilə başlayıb.
Professor Dilarə Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə geniş qeyd edilməsinin mühüm siyasi və elmi əhəmiyyət daşıdığını deyib. Onun Cümhuriyyət dövrünə aid ilk dəfə səsləndirdiyi bir çox tarixi faktlar bölmə iclasında iştirak edən alimlər və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dilarə Seyidzadə diqqətə çatdırıb ki, Şimali Azərbaycanın 1828-ci il Türkmənçay müqaviləsi ilə çar Rusiyasına ilhaq edilməsindən sonra azərbaycanlıların etnik və dini mənsubiyyətinə görə hərb işindən kənarda saxlanması bir çox zadəgan ailələrindən olan gənclərin əsasən hüquq təhsilinə meyillənməsinə gətirib çıxardı. İmperiyanın bu siyasəti nəticəsində sonrakı dövrlərdə Azərbaycanda hüquq elminə dərindən yiyələnən ziyalı nəsli yetişdi.
XX əsrin ilk illərindən başlayaraq Rusiya Dövlət Dumasında cəsarətli çıxışlar edən, çarizmin milli müstəmləkə siyasətini kəskin tənqid edən İsmayıl xan Ziyadxanov, Əlimərdan bəy Topçubaşov kimi ziyalılar, eləcə də imperiyanın hüquq məhkəmə sistemində çalışan və böyük təcrübə toplamış görkəmli şəxslər sonradan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətlər göstərdilər.
Professor Dilarə Seyidzadə vurğulayıb ki, hüquq elminə dərindən bələd olan Əlimərdan bəy Topçubaşov kimi milli ziyalılarımızın siyasi fəaliyyəti yalnız Azərbaycanın deyil, həm də Rusiya imperiyasında yaşayan bütün müsəlman və türkdilli xalqların milli oyanışında və inkişafında, onların siyasi cəhətdən maariflənməsində böyük rol oynadı.
Alim XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yetişən milli burjuaziyanın fəaliyyətini, xüsusən gənc nəslin savadlanması, elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri tarixi xidmətlərini də xatırladıb.
Bölmə iclasında Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı, dosent Pərvin Kərimzadə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, eləcə də bir sıra tanınmış yerli və xarici ölkə alimləri maraqlı məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38

