Tütünçülük iqtisadi cəhətdən səmərəli və perspektiv sahədir
28.07.2018 [09:28]
Ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəyə 12 milyon ABŞ dolları vəsait daxil olub
Tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi, geniş perspektivlərə malikdir. Bu sahənin inkişaf etdirilməsi yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı Nazirliyinin və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 27-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusuna həsr olunan zona müşavirəsində səsləndirilib.
Nazirliyin və rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə çıxış edərək, rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, tütünçülükdə bir müddət tənəzzül yaransa da, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda digər ənənəvi sahələr kimi, tütünçülük də yüksək sürətlə inkişaf etdirilir. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Zaqatala rayonunda 600 hektar sahədə tütün əkilmişdisə, cari ildə əkin sahələri artırılaraq 750 hektara çatdırılıb. Ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəyə 12 milyon ABŞ dolları vəsait daxil olub.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev çıxışında tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, ölkə üzrə 2017-ci ildə 3212 hektar sahədə tütün əkilib, 3594 ton quru tütün istehsal olunub. Tütün əkini sahələrinin 2980 hektarı və ya 92,7 faizi, məhsul istehsalının isə 95,5 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Dövlət Statistika Komitəsinin 2018-ci ilin iyununa olan məlumatına görə, respublikada tütünün əkin sahəsi 3405 hektara çatdırılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilə qədər Azərbaycanda tütün əkini sahələrinin 6 min hektara çatdırılması qarşıya hədəf olaraq qoyulub.
Müşavirədə, həmçinin “Zaqatala rayonunda tütünçülüyün mövcud vəziyyəti”, “Tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsi”, “Tütünçülüyün texniki təminatı”, “Tütünçü fermerlərin fəaliyyətində Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rolu” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Sonra tütünçülüklə məşğul olan fermerlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25

