Rusiyalı gənclərin bir qrupunun Azərbaycana səfəri başa çatıb
04.08.2018 [08:50]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 24-dən 31-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Sonra nümayəndə heyətinin üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib. Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında qonaqlara ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Nümayəndə heyətinin üzvləri səfər barədə təəssüratlarını bölüşüblər. Moskva şəhərinin mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, AMOR-un idarə heyətinin üzvü Emin Hacıyev də görüşdə iştirak ediblər.
Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim olunub.
Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramov ilə görüşü keçirilib. Görüşdə Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Moskva Hökumətinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini ölkələrimiz və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhərinin mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.
Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Rusiyalı gənclər Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Burada qonaqlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyadıb.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Növbəti günlərdə qonaqlar “JARA-2018” Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər. Rusiyalı gənclər, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, İçərişəhər, o cümlədən Qız qalası, Şirvanşahlar sarayı ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

