Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADNSU Yay məktəbi - 2018” uğurla davam edir

“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir

18.08.2018 [09:09]

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən “ADNSU Yay məktəbi - 2018” davam edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 5-dən başlanan yay məktəbində Azərbaycan və Almaniyadan olan bir qrup tələbə yerli mütəxəssislər tərəfindən keçirilən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrə qatılır və eyni mövzuda çıxışlar edirlər.
Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də həyata keçirilir. İştirakçılar Səngəçal terminalı, Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.
Yay məktəbi DAAD-ın dəstəyi ilə reallaşdırılıb.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31