Azercell jurnalistlər üçün seminar təşkil edib
25.09.2018 [09:16]
Rusiyanın məşhur jurnalisti Vitaliy Leybin Azərbaycanın media nümayəndələri ilə sosial şəbəkə texnologiyalarının faydalı istifadəsini araşdırıb
Bakıda “Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar jurnalistlər üçün ixtisaslaşmış seminar keçirilib. “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər” mövzusunda seminarın məqsədi media nümayəndələrini bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələr bölüşmək olub.
Seminara təlimçi qismində tanınmış rus jurnalisti, “Russkiy reportyor” jurnalının baş redaktoru Vitaliy Leybin dəvət edilib. Rusiya və Ukrayna mediasında maraqlı araşdırmaları ilə tanınan Leybin azərbaycanlı həmkarları qarşısında sosial şəbəkələrdən istifadə ilə bağlı maraqlı mühazirələrlə çıxış edib. “Peşəkar jurnalistlər öz sahələrində həvəskar və robotları necə geridə qoya bilər” mövzusunda mühazirədə ənənəvi medianın sosial şəbəkələrlə müqayisəsi, hər bir tərəfin üstün və zəif cəhətləri araşdırılıb. Jurnalistlərə sosial şəbəkələrin verdiyi üstünlüklərdən yararlanmağın, peşəkar məqalələr hazırlamağın alternativ yolları açıqlanıb, bu istiqamətdə məlumatlar, eləcə də istifadəçilərlə iş metodları haqqında əyani məlumat verilib.
Bundan əlavə, Vitaliy Leybin seminar iştirakçılarına self-media, in-media, müəllif jurnalistikası haqqında danışıb. Seminar zamanı maraq doğuran mövzulardan biri də “Bir hekayəni 100 formatda dərc etmək imkanı” ilə bağlı olub ki, burada yazıları auditoriyaya çatdırmağın müxtəlif variantları araşdırılıb. Seminar qrup çalışmaları ilə davam edib. İştirakçılar qısa video modelləri, böyük həcmli məlumat bazaları əsasında materialların yazılması mövzusunda praktiki məşğələ keçiblər. Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb və jurnalistlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Azercell Telekom” MMC fəaliyyəti boyu daim media nümayəndələri ilə sıx əməkdaşlıq edib. Artıq 10 ildir ki, Azercell-in dəstəyilə onlarla jurnalist üçün ingilis dili kursları keçirilir, beynəlxalq jurnalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə Azercell-in xaricdən dəvət etdiyi tanınmış təlimçilər tərəfindən maraqlı mövzularda seminar və təlimlər təşkil olunur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

