Tərtərdəki intensiv meyvə bağlarının məhsulları xarici bazarlara çıxarılacaq
09.10.2018 [08:41]
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında da məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etməkdir.
Təsərrüfatın əməkdaşı Malik Həsənov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, intensiv bağ salınarkən İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərin tövsiyələri nəzərə alınıb, rayonun beşillik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib.
Fevral ayında 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Müqaviləyə əsasən, tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 10 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Bu il əkilməsinə baxmayaraq, artıq meyvə ağacları ilk barını verib.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollara çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damcılama üsulu ilə həyata keçirilir.
Hazırda meyvə bağında ağaclara payız qulluğu olunur. Aqronom Asif Zeynalov deyib ki, bağda yaşıl budama işləri ilə yanaşı, ağaclara forma verilməsinə xüsusi diqqət yetirilir. Meyvə ağacına forma verilməsində əsas məqsəd onu barvermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdır. Bunun üçün ağacların budaqları əyilərək, lentlə qarğılara bağlanır. Ağacların suvarılmasının damcılama üsulu ilə həyata keçirilməsi isə onların inkişafını və məhsuldarlığını artırır.
Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub. Hazırda bağın genişləndirilməsi davam edir. 40 hektarda meyvə bağının salınması üçün beton dirəklər basdırılır. Gələcəkdə məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşası da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39

