Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Beynəlxalq Multikultural Şəbəkə Türkiyədə AXC-nin 100 illiyi münasibətilə möhtəşəm tədbir keçirib

Beynəlxalq Multikultural Şəbəkə Türkiyədə AXC-nin 100 illiyi münasibətilə möhtəşəm tədbir keçirib

09.10.2018 [08:43]

Oktyabrın 3-də Beynəlxalq Multikultural Şəbəkə Türkiyədəki fəaliyyəti çərçivəsində qardaş ölkənin İzmir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi-praktiki konfrans keçirib. İzmir Katip Çelebi Universitetində keçirilən tədbir Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi, dosent Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunub.
İzmir Katip Çelebi Universitetinin müəllim və tələbələrinin, eyni zamanda İzmirdə yaşayan azərbaycanlı həmvətənlərimizin iştirakı ilə keçirilən “100-cü ilində Azərbaycan Demokratik Respublikası” adlı konfransda çıxış edən Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyması, siyasi, iqtisadi, mədəniyyət kimi sahələrdə göstərdiyi fəaliyyətləri ilə bağlı geniş məlumat verib.
Sonra şəbəkənin elmi mütəxəssisi Günay Məmmədli AXC-nin dövründə təhsil və səhiyyə sahəsində hökumətin geniş fəaliyyəti və bu istiqamətdə qurduqları xarici əlaqələrlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
İzmir Katip Çelebi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin professoru Mehmet Bülent Uludağ və fəlsəfə elmləri doktoru Haktan Birsel isə öz çıxışlarında o dövrdə Türkiyə-Azərbaycan münasibətlərindən, Xalq Cümhuriyyətinin Türk - İslam dünyası üçün nə dərəcədə əhəmiyyətli olmasından geniş söz açaraq, 1991-ci ildə yenidən müstəqillik əldə edən ölkəmizin müasir beynəlxalq aləmdəki geosiyasi mövqeyi ilə bağlı məlumat veriblər.
Konfransın ikinci hissəsində İzmirdə yaşayan həmvətənlərimizdən bəstəkar pianist, Dokuz Eylül Universitetinin Dövlət Konservatoriyasının müəllimi Nərminə Zeynalova Özlük AXC dövründə incəsənət sahəsində əldə edilən nailiyyətlərlə bağlı məlumat verib. Sonra isə Azərbaycanın tanınmış bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Asəf Zeynallının əsərlərindən ibarət konsert verilib.
Konfransın sonunda Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Beynəlxalq Multikultural Şəbəkə tərəfindən hazırlanmış videonun təqdimatı olub, həmçinin Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi dosent Ülviyye Sanılı Aydın elmi konfransa dəstək göstərən iştirakçıları Beynəlxalq Multikultural Şəbəkənin diplomları ilə təltif ediblər.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31