Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Beynəlxalq Multikultural Şəbəkə Türkiyədəki beynəlxalq konfransını uğurla başa vurub

Beynəlxalq Multikultural Şəbəkə Türkiyədəki beynəlxalq konfransını uğurla başa vurub

09.10.2018 [08:44]

Beynəlxalq Multikultural Şəbəkənin Türkiyə fəaliyyəti çərçivəsində bu ölkənin Manisa şəhərində yerləşən Manisa Celal Bayar Universitetində “Beynəlxalq Multikultural Şəbəkənin İnkişafı: Multikultural Təhsil və Öyrənmə Metodologiyası” adlı beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və Şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi dosent Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Şəbəkənin müxtəlif ölkələrdə fəaliyyət göstərən təmsilçiləri, Manisa Celal Bayar Universitetinin rəhbərlik nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransın moderatoru Dr.Faika Çelik öncə tədbir haqqında məlumat verib. Sonra açılış nitqi ilə çıxış edən İqtisadiyyat və Menecment fakültəsinin dekanı, professor Mustafa Miynata Anadolu torpaqlarının yüz illik multikultural həyat tərzini mənimsəməsinə, eyni zamanda, bəşəriyyətin müasir sivilizasiya səviyyəsinə çatmasında böyük töhfələr verməsinə diqqət çəkərək, bu mənada Beynəlxalq Multikultural Konfransın məhz Türkiyədə, Manisada keçirilməsinin təsadüfi olmadığını söyləyib.
Tədbirdə çıxış edən Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova rəhbərlik etdiyi qurumun geniş fəaliyyəti, ölkə təmsilçilərinin dəstəyi ilə multikultural təhsil sahəsində apardıqları elmi araşdırmalar və Azərbaycanın uğurlu multikultural modeli haqqında konfrans iştirakçılarını geniş məlumat verib.
Daha sonra Beynəlxalq Multikultural Şəbəkənin Pakistan təmsilçisi Umer İrfan “Multikultural cəmiyyət üçün etik təhsil”, Türkiyə üzrə təmsilçi, dosent Ülviyye Sanılı Aydın “Multikultural təhsili öyrənmə metodologiyası”, Beynəlxalq Multikultural Şəbəkənin elmi araşdırmaçısı Muhamməd Nadeem “Qlobalizasiya və Multikultural cəmiyyət”, Dr.Haktan Birsel “Cənubi Asiyada etnik azlıqlar” mövzusunda çıxış ediblər.
Tədbirin maraqlı məqamlarından biri də ABŞ-ın Kaliforniya Berkeley Universitetinin multikultural təhsil üzrə professoru Jabari Mahirinin konfrans üçün özəl olaraq “Multikultural təhsil sahəsində müəllimlər üçün təhsil və tədris” adlı videomühazirə ilə çıxış etməsi olub.
Konfransda, həmiçinin Beynəlxalq Multikultural Şəbəkə tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti və uğurlu multikulturalizm modelinin formalaşması haqqında hazırlanmış video da təqdim edilib.
Sonda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi dosent Ülviyye Sanılı Aydın beynəlxalq elmi konfransa dəstək göstərən natiqləri, təmsilçiləri və təşkilatçıları Beynəlxalq Multikultural Şəbəkənin diplomları ilə təltif ediblər.
Konfrans bitdikdən sonra Manisa Celal Bayar Universitetinin rəhbərliyinin təşkilatçılığı ilə tədbirə qatılan qonaqları, Beynəlxalq Multikultural Şəbəkənin nümayəndələrini Manisa şəhərinin tarixi yerlərini gəzdirmək üçün maraqlı səfər təşkil edilib.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31