Azərbaycan Mərakeş Müqaviləsinə qoşulur
09.10.2018 [08:46]
Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Baş Assambleyasının cari ilin oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırmış 58-ci toplantısında iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizin “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında müvafiq sənədləri ÜƏMT-nin Baş direktoru Frensis Qarriyə təqdim edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müqavilə dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatan etmək məqsədilə 2013-cü il iyunun 27-də Mərakeş Krallığının Mərakeş şəhərində qəbul edilib. Bu müqavilənin qəbul edilməsi ilə kor və digər görmə əlilliyi olan şəxslərin bu cür əlilliyi olmayan şəxslərlə bərabər əsasda öz seçiminə uyğun hər cür informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığının təmin edilməsinə, eləcə də onların təhsil almaq imkanlarını məhdudlaşdıran problemlərin adekvat həllinə şərait yaradılıb.
Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatan formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.
Mərakeş Müqaviləsində iştirak ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək. Eyni zamanda, müəlliflərin hüquqlarının səmərəli qorunması və geniş ictimaiyyətin maraqları arasında, xüsusən təhsil, tədqiqat və informasiya almaq sahəsində balansın yaradılmasına ehtiyacı və belə balansın kor və digər görmə əlilliyi olan şəxslərə münasibətdə nəzərə alınmasını təmin edəcək.
Qeyd edək ki, cari il iyunun 12-də Prezident İlham Əliyev “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan Respublikası üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

