Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim olunub
01.12.2018 [11:25]
Noyabrın 30-da Ədliyyə Nazirliyində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçilərinə təltiflərin təqdim olunması mərasimi keçirilib.
Mərasim peşə bayramını ədliyyə işçilərinə bəxş etmiş Ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsini, ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri vurğulayıb, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən danışıb.
Bildirilib ki, bu münasibətlə “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib, bayram ərəfəsində ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı xüsusi kitab, müxtəlif dillərdə digər nəşrlər və maarifləndirici vəsaitlər hazırlanıb, nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər keçirilib. Bakıda bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin, beynəlxalq təşkilatların və ölkəmizin aidiyyəti dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə yubileyə həsr olunmuş “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans və qəbul təşkil olunub.
Prezident İlham Əliyevin yubiley münasibətilə ədliyyə işçilərinə və hakimlərə təbrik müraciəti, məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə böyük bir qrup ədliyyə işçisi və hakimləri orden və medallara, fəxri adlara, ali xüsusi rütbələrə layiq bilməsi peşə bayramını və yubileyi xüsusilə əlamətdar edib, yüksək ehtiram və minnətdarlıq hissləri doğurmaqla, hər bir ədliyyə işçisini daha əzmlə çalışmağa səfərbər edib.
Tədbirdə ölkə Prezidentinin sərəncamları ilə orden və medallar, fəxri adlarla təltif edilmiş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən həmin təltiflər təntənəli təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalına, habelə digər təltiflərə layiq görülən əməkdaşlara həmin mükafatlar təqdim edilib.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, onlara göstərilən bu böyük etimadı bundan sonra da doğruldacaqlarını, sədaqət və əzmlə çalışaraq demokratik hüquqi dövlət quruculuğu prosesində əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

