/ / Qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
13.12.2018 [10:00]
Ölkəmizdə bu məqsədlə həyata keçirilən işlər davamlı xarakter daşıyır
Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət bütün sahələrin inkişafına səbəb olub. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən son 15 ildə uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan öz inkişafına görə yerləşdiyi regionun lider dövlətinə çevrilib. Heç şübhəsiz, ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Dövlət başçımızın müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər ki, bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri ön sırada dayanırlar. Çünki qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Dövlət başçısı tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından söhbət açarkən çadır şəhərciklərinin tamamilə ləğv edilməsinin önəmini xüsusi vurğulamaq lazımdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb.
Beləliklə, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Salınan müasir qəsəbələrdə həmçinin 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. İndiyədək 52 min 500-dən çox qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə 2017-ci ildə yeni layihənin icrasına başlanılıb. Bəhs olunan layihə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsini əhatə edir. Layihənin icrası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarətindədir. Heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə məcburi köçkünlərə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil verildi.
Cari ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri yaradılıb.
Qaçqın və məcburi köçkünlər üçün işğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması isə böyük rəmzi məna daşıyır. Məlumat üçün bildirək ki, 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib, burada 150 ailə üçün hər cür rahatlıqlara malik yaşayış evləri tikilib. Cocuq Mərcanlıda həmçinin infrastruktur obyektləri, Şuşa məscidinin oxşarı olan məscid sakinlərin istifadəsinə verilib. Eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərcik salınıb.
Ölkəmizdə qayğıya ehtiyacı olan vətəndaşlarla bağlı reallaşdırılan dövlət siyasətindən danışarkən şəhid ailələrinə, müharibə əlillərinə göstərilən hərtərəfli qayğını da xüsusilə qeyd etməliyik. Bu istiqamətdə görülən tədbirlərin sırasında Azərbaycanda 2007-ci ilin əvvəlindən şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün verilməsi bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Qeyd edək ki, ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bundan başqa, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.
Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 6000-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib. 2018-ci il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu istiqamətdə işlərin davamı kimi ümumilikdə 2018-ci ildə 538 mənzil və fərdi evin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi planlaşdırılıb. Dövlət başçısının bu məqsədlə imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdır. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir. Həmin Fərmana əsasən müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
Çox haqlı olaraq bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirilir.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

