Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018 [16:50]
Dekabrın 17-də Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, millət vəkilləri Sona Əliyeva, Dilarə Cəbrayılova və digər qonaqlar iştirak etmişdir.
Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər. Daha sonra çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirdi ki, qədim tarixi, zəngin mədəniyyəti olan türk xalqları bəşəri sivilizasiyanın inkişafında, dünya ictimai-siyasi modelinin, ədəbi-bədii fikrinin formalaşmasında əhəmiyyətli rol oynamış, tarixin siyasi və mədəni səhnəsində özlərinin öncül yerlərini daim qoruyub saxlamışlar. Qeyd etməliyəm ki, çoxminillik tarixi olan türk xalqlarının mənəvi dəyərlərinin öyrənilməsi Sovetlər Birliyinin hakimiyyəti dövründə ideoloji basqılara məruz qalmış və bu birlik daxilində yaşayan türk xalqları basqıların təsiri nəticəsində öz həqiqi tarixlərini öyrənməkdən, milli dəyərlərə sahib çıxmaqdan məhrum edilmişlər. O, əminliyini bildirmişdir ki, bu mərkəz türk dünyası xalqlarının tarixi köklərinə dair tədqiqatların öyrənilməsi, inkişaf etdirilməsi və dünyaya tanıdılması istiqamətində olduqca mühüm işlər görəcəkdir. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman Türk Dünyası Araşdırmaları Mərkəzinin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu və bunun əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini bildirdi.
O, vurğuladı ki, birgə səylər nəticəsində Azərbaycan və türk xalqları arasında olan dostluq əlaqələri, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri daha da möhkəmlənib inkişaf edəcək və bu dostluq münasibətləri ölkələrə təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri, tələbələrə müxtəlif ölkələrin universitet və elmi-tədqiqat mərkəzlərində təhsil almaq və təcrübə keçmək imkanı verəcəkdir.
Tədbirdə eyni zamanda qeyd olundu ki, Ankara Universiteti TÖMER nümayəndəliyi Azərbaycanda Odlar Yurdu Universitetinə verilmişdir. Millət vəkili Sona Əliyevanın rərbərliyi fəaliyyət göstərəcək TÖMER Mərkəzində Türkiyənin müxtəlif universitetlərində bakalavr, magistratura və doktorantura pilləsi üzrə türk dilində təhsil almağa qərar verən gənclər üçün Türkçe Yeterlik Sınavı (TYS-TÖMER) imtahanı təşkil olunacaq.
Mərkəzlə tanış olan qonaqlar Türk Dünyası Araşdırmaları Mərkəzinin fəaliyyətinə uğurlar arzuladılar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

