Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
22.12.2018 [10:47]
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlərin görüldüyü vurğulanıb. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir olunduğu bildirilib.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsində dövlətimizin başçısının yüksək dəstəyi qeyd olunub. Yeni inşa edilən və ən müasir texnologiyalarla təmin olunmuş müasir məhkəmə bina və komplekslərinin açılışında Azərbaycan Prezidentinin şəxsən iştirakının məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.
İclasda Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamları ilə hakimlərin və Məhkəmə-Hüquq Şurası üzvlərinin bir qrupunun “Əməkdar hüquqşünas” fəxri adına layiq bilinməsi, habelə orden və “Tərəqqi” medalı ilə təltif edilməsi qeyd olunub.
Tədbirdə həmin təltiflər təntənəli surətdə təqdim edilib. Dövlət təltiflərinə layiq bilinmiş şəxslər çıxışlarında onların fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısı İlham Əliyevə sonsuz ehtiramlarını ifadə edib, bunun böyük məsuliyyət hissi yaratdığını, məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığını bildiriblər.
Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının iclasında səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib. Dörd məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Bundan başqa, 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.
Qeyd olunub ki, ölkəmizdə hakimliyə namizədlərin Avropada nümunə kimi göstərilən obyektiv seçimi nəticəsində 800-dən çox namizəd sırasından 108 hüquqşünas çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlimləri və məhkəmələrdə, habelə Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub.
İclasda hakim korpusunun həmin gənc nəsil hakimliyə namizədlər hesabına möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin apellyasiya instansiyası məhkəmələrində sədr müavini və kollegiya sədri vəzifələrinin komplektləşdirilməsi, hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə rotasiya ehtiyacı, hakimlərin iş yerinin dəyişdirilməsi barədə müraciətləri nəzərdən keçirilib, ətraflı müzakirələr aparılaraq dövlətimizin başçısına müvafiq təkliflər verilib.
Bildirilib ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti komplektləşdiriləcək. Bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

