Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

28.12.2018 [09:45]

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Şuranın sədri Fəttah Heydərov təbrikində 31 dekabr tarixinin azərbaycanlıların ümumdünya birlik günü olduğunu qeyd edərək bildirir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
“Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
Hazırda azərbaycanlılar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb”, - deyə təbrikdə vurğulanır.
Bildirilir ki, SSRİ-nin son günlərində Arazın hər iki sahilində azərbaycanlıların sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları, ciddi təzyiqlərə baxmayaraq, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünyada bir daha təsdiqlədi.
Təbrikdə deyilir: “1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycan Ağsaqqallar Şurası da dünya azərbaycanlıları kimi bu gün ilə fəxr edir və hər il bu günü qürurla qeyd edir”.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31