Xalq Cümhuriyyətinin ilk paytaxtına "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə dəyərli töhfə
30.12.2018 [13:21]
Gəncənin tarixi adının özünə qaytarılmasının növbəti ildönümündə Bakı-Gəncə sürət qatarının ilk reysi həyata keçirilib
Artıq Azərbaycan üçün uğurlarla zəngin daha bir ili başa vurmaqdayıq. Ötən illər kimi, 2018-ci il də ölkəmizdə bütün sahələrdə inkişafın davamlı olması, həmçinin yeni nailiyyətlərin əldə edilməsi ilə yadda qaldı. Bu ili digərlərindən fərqləndirən əsas məqam isə 2018-ci ilin dövlətçilik tariximizə "Azərbaycan Xalq Cümhuriyyəti İli" kimi düşməsi oldu. Məhz bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd olundu. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində qeyd edildi, ilboyu ölkə daxilində və xaricdə bu tarixi hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirildi, həmçinin dövlət başçısının 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Beləliklə, Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümü ilə yanaşı, Azərbaycan parlamentinin, Azərbaycan Ordusunun yaradılmasının, həmçinin Bakının işğaldan azad olunmasının 100-cü ildönümünün də qeyd olunduğu 2018-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələrə imza atması, yeni-yeni uğurların qazanılması ilə də yadda qaldı. Elə ilin sonuna iki gün qalmış Bakı-Gəncə sürət qatarının ilk reysinin həyata keçirilməsini də həmin uğurlardan biri və Xalq Cümhuriyyətinin ilk paytaxtına – Gəncəyə "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə dəyərli töhfə kimi qiymətləndirmək olar.
Gələcəyə yol açan qatar
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun gələcəyə yol açan qatar kimi dəyərləndirdiyi Bakı-Gəncə sürət qatarının ilk reysi dekabrın 29-da reallaşdı. İlk sərnişinlər arasında millət vəkillərinin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səmdar Cəmiyyətinin rəhbər heyətinin, ölkənin tanınmış müğənnilərinin və KİV təmsilçilərinin də olduğu qatar saat 09:00-da Bakıdan yola düşdü. Qatar yola düşməzdən əvvəl sərnişinlərə və həmin qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayan, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğuladı.
Məlumat üçün bildirək ki, Bakı-Gəncə sürət qatarı hər ayın cüt günləri Bakıdan, tək günləri isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Ən müasir tələblərə cavab verən dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla cəmi 367 yer var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.
"Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir"
Qeyd edək ki, 4 saata yaxın bir müddət ərzində Gəncəyə çatan qatarın bu qədim diyarda izdihamlı qarşılanma mərasimi oldu. Əllərində Azərbaycan bayraqlarını tutmuş gəncəlilər bu günün əlamətdar gün kimi nəinki şəhərin, eyni zamanda, ölkəmizin tarixinə yazılacağını bildirirdilər.
Elə mərasimdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da dedi ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir: "Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib".
Gəncəlilər qarşısında çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox, gələcəyə yol açan qatar kimi səciyyələndirdi: "İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Musa Quliyev öncə Bakı-Gəncə sürət qatarının ilk reysinin Gəncə üçün əlamətdar tarixin, bu qədim diyarın adının özünə qaytarılmasının növbəti ildönümü ərəfəsində gerçəkləşdiyini dedi. Xatırladaq ki, tarix boyu bir neçə dəfə adı dəyişdirilən, SSRİ dövründə 1935-ci ildən Kirovabad adlandırılan Gəncənin tarixi adı 1989-cu il dekabrın 30-da özünə qaytarılıb.
Millət vəkili, eyni zamanda, bu uğurlu layihənin reallaşdırılmasının əhəmiyyətindən danışdı, xalqımızın iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyinə inandığını söylədi.
Mərasimdə həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İlham Balakişiyev də çıxış etdi. "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olan İlham Balakişiyev bu hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu dedi.
Tədbir konsert proqramı ilə davam etdi.
Azərbaycan dəmir yolları daha da inkişaf edəcək
Sonda vurğulamaq yerinə düşər ki, Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsinin timsalında 2018-ci ili uğurla başa vuran, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan, həmçinin ölkəmizin inkişafından güc alan Azərbaycan Dəmir Yolları növbəti illərdə yeni layihələri reallaşdırmağı planlaşdırır. Elə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qatarda Azərbaycan dəmir yollarının yaxın gələcək üçün planları barədə jurnalistlərə verdiyi açıqlama da bunu bir daha təsdiqləyir. Həmin açıqlamasında növbəti sürət qatarının Qəbələ və Yalamaya olacağını deyən sədr bildirdi ki, ilkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi, 2019-cu ilin axırına qədər bu sürət qatarının işə düşməsi nəzədə tutulub. Eyni zamanda, artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub və tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub. Gələn ilin ortalarında isə Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək. Belə ki, Bakıətrafı dəmir yolunun ikinci hissəsinin istifadəyə verilməsi üzrə işlər davam etdirilir. 2019-cu ilin ortalarında "Koroğlu" metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Fatmayı, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun açılışı olacaq. Jurnalistlərə açıqlamasında Bakı-Tbilisi-Qars sərnişin qatarının gələn il işə düşəcəyini də deyən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bildirdi ki, "Stadler Rail Group" şirkətindən sərnişin qatarlarının vaqonları 2019-cu ilin fevral-mart aylarında təhvil alınmalıdır. 10 sərnişin vaqonu təhvil verilən kimi Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarı fəaliyyətə başlayacaq. Bundan başqa, dəmir yolunda bir neçə beynəlxalq istiqamətə reyslər də açıla bilər. Bir sözlə, Cavid Qurbanovun da vurğuladığı kimi, həm Prezident İlham Əliyevin diqqət və qayğısı, həm də nəzərdə tutulan işlər onu deməyə əsas verir ki, Azərbaycan dəmir yolları daha da inkişaf edəcək.
Nadir AZƏRİ
Bakı-Gəncə-Bakı
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

