Azərbaycan beynəlxalq antikorrupsiya fəaliyyətində mühüm rol oynayır
26.01.2019 [10:52]
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, ölkəmiz Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-24-də BMT-nin Vyanadakı qərargahında IAACA-nın bir sıra iclasları keçirilib. Tədbirlərdə Azərbaycanı ədliyyə naziri, qurumun vitse-prezidenti Fikrət Məmmədovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə respublika baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, habelə nazirliyin və Baş Prokurorluğun məsul şəxsləri də daxil olublar.
IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclasında əsas təşkilati məsələlərə baxılıb, o cümlədən Assosiasiyanın Ümumi Yığıncağı və İllik Konfransının gündəlikləri təsdiqlənib, təşkilatın Azərbaycanın təklifləri nəzərə alınmaqla razılaşdırılmış yeni Konstitusiyası Ümumi Yığıncağın müzakirəsinə çıxarılıb.
Sonra dünyanın 70 dövlətindən 260-dan çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin, tanınmış hüquqşünasların və alimlərin iştirak etdikləri illik yığıncaqların təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov, IAACA-nın prezidenti, Qətərin baş prokuroru Dr. Ali Al Marri və xüsusi qonaq qismində iştirak edən Malayziyanın Baş naziri Mahathir Məhəmməd çıxış ediblər.
Assosiasiyanın Ümumi Yığıncağında IAACA-nın yeni Konstitusiyası təsdiq edilib, təşkilatın gələcək fəaliyyətinə və antikorrupsiya tədrisinə dair proqramlar qəbul olunub, İcraiyyə Komitəsinin səlahiyyətlərinə dair məsələyə baxılıb.
İllik Konfransda BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının qəbul olunmasının 15 illiyi və bu müddət ərzində onun implementasiyası, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində bu sosial bəla ilə mübarizənin rolu, həmçinin antikorrupsiya tədrisi, beynəlxalq əməkdaşlıq və s. aktual məsələlər müzakirə olunub.
Plenar sessiyada BMT-nin rəsmiləri Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi siyasi və əməli dəstəyi, habelə qurumun işinə verdiyi dəyərli töhfələri xüsusi vurğulayıblar.
Konfransda ilk məruzə ilə Azərbaycan nümayəndə heyətinin rəhbəri, IAACA-nın vitse-prezidenti F.Məmmədov çıxış edib. Nazir korrupsiyanın ciddi təhlükəsindən danışaraq, BMT statistikasına əsasən onun beynəlxalq aləmə dünya ümumi daxili məhsulunun 5 faizini təşkil edən 2,6 trilyon dollar ziyan vurduğunu qeyd edib. Çıxışda bu sosial bəlaya qarşı qlobal mübarizə tədbirlərindən, Korrupsiyaya Qarşı Konvensiyanın dünyada implementasiyasının nəticələrindən, bu sahədə IAACA-nın mühüm rolundan və səmərəli fəaliyyətindən bəhs edilib, ölkəmizin Assosiasiya ilə fəal əməkdaşlığı qeyd olunub.
Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu və bu sahədə 2030-cu ilədək Gündəlikdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış və Ədliyyə Nazirliyinin təmsil olunduğu Milli Əlaqələndirmə Şurasının fəaliyyətini qeyd edən nazir korrupsiyaya qarşı mübarizənin vacib hədəflərdən olduğunu, habelə Konvensiyanın implementasiyası ilə bağlı respublikamızda dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qəti tədbirləri diqqətə çatdırıb, genişmiqyaslı qanunvericilik və institusional islahatlar barədə məlumat verib, bu sahədə ölkəmizin nailiyyətlərini, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və dünyada böyük marağa səbəb olan Azərbaycan brendi “ASAN xidmət”in müsbət təcrübəsini vurğulayıb.
Eyni zamanda, məhkəmə-hüquq islahatlarına toxunularaq məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, bu fəaliyyətdə şəffaflığın artırılması, beynəlxalq aləmdə təqdir olunan hakimlərin ən şəffaf seçim prosesi, informasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə infrastrukturunun yaradılması və elektron məhkəmənin tətbiqi üzrə görülən əməli tədbirlərin korrupsiyanın qarşısının alınmasına xidmət etdiyi bildirilib.
Nazir ölkəmizin səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığını qeyd edərək bu sahədə beynəlxalq təşkilatlarla müxtəlif təşəbbüslərindən danışıb.
Çıxışda tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına xüsusilə cəlb olunub.
Sonra müzakirələr keçirilib. İştirakçılar tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara maraq göstərilərək bu sahədə dövlət dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb. Müvafiq suallar cavablandırılarkən qeyd edilib ki, bütün bu islahatların təməlində və nailiyyətlərin qazanılmasında dövlətimizin güclü siyasi iradəsi dayanır.
İclaslarda Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak ediblər. K.Əliyev çıxışında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və rəhbərlik etdiyi Baş İdarə tərəfindən görülən preventiv tədbirlərdən danışıb, bu işdə əsas vasitələrdən biri kimi tədrisin rolundan bəhs edib. O, bu sahədə beynəlxalq antikorrupsiya treninqləri, o cümlədən ölkəmizin BMT-nin Vyanadakı Ofisi, Beynəlxalq Prokurorlar Assosiasiyası və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əlaqələrini vurğulayıb.
Yekunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizədə səylərin gücləndirilməsinə və antikorrupsiya qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına dair Bəyannamə qəbul olunub.
Səfər çərçivəsində bir sıra dövlətlərin ədliyyə, məhkəmə, prokurorluq və antikorrupsiya orqanlarının rəhbərləri, habelə beynəlxalq təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlığa dair faydalı danışıqlar və ölkəmiz üçün prioritet olan sahələr üzrə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair müzakirələr aparılıb.
Tədbirlərdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

