Azercell-dən sahibkar xanımlara dəstək
05.02.2019 [09:40]
Ölkəmizdə sahibkarlıq ekosistemini inkişaf etdirmək və biznes sahəsində yeniliklərə təkan vermək məqsədilə “Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir. Mərkəz təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edir. Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olundu. 2 gün davam edəcək təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə edə biləcəklər. Təcrübə zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşəcəklər. Bundan əlavə, səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olacaq, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə aparacaqlar.
Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 illik fəaliyyəti dövründə uğurlu biznes mühitinin yaradılması və Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirərək, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və PAŞA Bank-ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini genişləndirir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

