"Pətək" İctimai Birliyindən daha bir nümunəvi addım
24.01.2019 [16:23]
"Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir" adlı layihə çərçivəsində orta məktəb şagirdləri arasında "Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı" mövzusunda müsabiqəyə start verilib
Yarandığı 2009-cu ildən etibarən məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə, yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaq məqsədilə çeşidli layihələr həyata keçirən "Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Belə ki, İctimai Birlik tərəfindən ötən ilinin noyabr ayından etibarən "Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir" adlı yeni bir layihəyə start verilib.
İctimai Birlikdən qəzetimizə verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı və TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin tabeliyində olan 100-ə yaxın ümumtəhsil məktəbində tədbirlər keçirilib. Eyni zamanda, "Pətək" İB-nin əməkdaşları sözügedən layihə çərçivəsində hazırda "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" şüarı altında Bakı şəhəri və şəhərətrafı orta ümumtəhsil məktəblərində, o cümlədən respublikanın rayonlarında maarifləndirici interaktiv təqdimatlar keçirirlər. Layihənin hədəf qrupu ümumtəhsil məktəblərinin 6-7-8-ci sinif şagirdləridir.
Məlumatda həmçinin "bu bir həqiqətdir ki, bir toplumun varlığını qoruyub saxlamaq üçün hər şeydən əvvəl onun kimliyini özündə əks etdirən milli-mənəvi dəyərlərini qoruyub saxlamaq vacibdir. Amma təəssüflər olsun ki, XXI əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların, o cümlədən də Azərbaycan xalqının milli-mənəvi dəyərlərini məhf etməyə, sıradan çıxarmağa çalışır. Ona görə milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə bir əmanət kimi öturmək müasir gənclərin üzərinə düşən ən önəmli vəzifədir. Məhz buna görə də layihə çərçivəsində, həmçinin milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazlarını əks etdirən "Ən yaxşı hekayə" və "Ən yaxşı videoçarx" nominasiyası üzrə müsabiqəyə start verilib. "Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı" adlı müsabiqədə ölkəmizdəki bütün orta ümumtəhsil məktəblərinin 6-7-8-ci sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şagirdlər öz yazılarını martın 10-dək İctima Birliyə (deyerler@inbox.ru və ya office@petek.az e-mail ünvanına) göndərə bilərlər. Aprel ayında isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək", - deyə qeyd olunub.
Qeyd edək ki, müsabiqə haqqında əlavə məlumat almaq istəyənlər 0503019190 və 0708318568 mobil nömrələri ilə əlaqə saxlaya bilərlər.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

