"Müasir Azərbaycan qadını - 4" layihəsi başa çatıb
19.03.2019 [16:28]
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Müasir Azərbaycan qadını-4" layihəsinin bağlanış mərasimi keçirilib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin (PXTİB) rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təranə Məmmədova "Müasir Azərbaycan qadını-4" layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, "Loqos" əhaliyə psixoloji xidmət göstərməklə yanaşı, bölgələrdə maarifləndirmə layihələrini də icra edir. Mərkəzin həyata keçirdiyi uğurlu layihələrdən biri də "Müasir Azərbaycan qadını" layihəsidir. İcrasına 2016-cı ilin fevral ayında başlanılan layihə çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin tanınmış elm, mədəniyyət, ədəbiyyat və sənət adamları qadınlarla müxtəlif mövzularda görüşlər keçiriblər. T.Məmmədova qadınları təbrik edərək, onlara layihədə iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Tədbirdə daha sonra çıxış edən Bərdə şəhər İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, millət vəkili Qənirə Paşayeva, "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva layihənin əhəmiyyətindən danışıblar və Novruz bayramı münasibətilə qadınları təbrik ediblər.
Tədbirin ikinci hissəsi isə Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə davam edib. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Hərbi hissədə təşkil edilən bayram tədbirində çıxış edənlər əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.
Tədbir bədii hissə ilə davam etdirilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

