Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir
16.04.2019 [09:30]
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələrin Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılaraq, konkret tədbirlər müəyyən edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının Fərmanında məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə verilmiş tapşırığa uyğun olaraq, Ədliyyə Nazirliyinin rəhbər şəxslərindən və hakimlərdən ibarət nümayəndə heyəti Litvada tanışlıq səfərində olub.
Səfər zamanı “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi, özəl icra qurumlarının fəaliyyəti ilə bağlı Litvanın təcrübəsi ilə tanışlıq olub. Həmçinin bu ölkənin ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən nazirin müavini Zydrunas Plytnikas, Ali Məhkəmənin sədri Rimvydas Norkus, Ali İnzibati Məhkəməsinin sədri Ramunas Qadliauskas, Milli Məhkəmə Administrasiyasının direktoru Reda Moliene, Ədliyyə Nazirliyinin Özəl İcra Qurumları üzrə Departamentinin rəisi Jolita Sinkeviciute və digər rəsmi şəxslərlə görüşlər keçirilib, Litvanın məhkəmə sistemi, icra xidmətinin işinin spesifik xüsusiyyətləri, məhkəmə və icra sahəsində istifadə olunan elektron sistemlərin funksionallıqları barədə təqdimatlar keçirilib, səmərəli müzakirələr aparılıb.
Görüşlərdə hər iki ölkədə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlərə və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib.
Nümayəndə heyətinə Litvada özəl icra qurumlarının fəaliyyətinin təşkili və icra məmurlarına Ədliyyə Nazirliyinin keçirdiyi müsabiqə əsasında müvafiq lisenziyaların verilməsi, icra məmurlarının köməkçiləri institutu, icraata daxil olan icra sənədlərinə və şikayətlərə baxılması, onların təmin olunması mexanizmi, icra hərəkətlərinin elektron sistem vasitəsilə həyata keçirilməsi barədə ətraflı məlumat verilib, bu sahədə qanunvericilik aktları ilə tanış olunub.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

