Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
26.04.2019 [09:51]
Aprelin 25-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, IT texnologiyaları sahəsində dünyada tanınmış lider şirkətlərdən olan CISCO-nun Azərbaycanla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edən nazir Prezident İlham Əliyevin siyasi iradəsi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, bu sahədə tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin, probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin - elektron qolbağın tətbiqi, elektron ədliyyə köşkü və digər innovasiyalar barədə ətraflı məlumat verib.
Dövlətimizin başçısının aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın bu istiqamətdə işlərin yeni mərhələsi olmaqla daha sistemli və müasir çağırışlara uyğun həyata keçirilməsinə, qabaqcıl texnologiyaların geniş tətbiqinə təkan verdiyi vurğulanaraq bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunub.
CISCO-nun vitse-prezidenti vurğulayıb ki, Azərbaycanda həm möhkəm sabitlik var, həm də ölkə Prezidenti dünyada nadir liderlərdəndir ki, müasirliyə, rəqəmsallaşmaya xüsusi önəm verir və bu, dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bütün bunları nəzərə alaraq Azərbaycanla əməkdaşlıq etmək bizim əsas prioritetlərimizdəndir.
Qonaq, həmçinin dövlətimizin başçısı ilə görüşlərində Prezident tərəfindən ölkədə bütün sahələrdə, o cümlədən ədliyyə fəaliyyətində müasir texnologiyaların tətbiqinə böyük diqqət göstərildiyinin və bunun təzahürü olaraq Azərbaycana səfərlər edərkən dinamik proqresə nail olunmasının şahidi olduğunu söyləyib. Q.Didrix ədliyyə və məhkəmə sistemində yenilikləri böyük maraqla qarşılayaraq əldə olunan nailiyyətlərdən heyranlığını ifadə edib və bu münasibətlə Azərbaycan tərəfini təbrik edib. O, ölkəmizin qabaqcıl təcrübəsinin bir çox digər dövlətlər üçün örnək olmaqla faydasını vurğulayıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və həyata keçirilən islahatlara dəstək verməyə hazır olduqlarını qeyd edib.
Görüşdə CISCO şirkətinin ədliyyə və məhkəmə sistemində həyata keçirdiyi layihələr, o cümlədən IT texnologiyaları üzrə tədris və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

