Regionlarda müasir idman komplekslərinin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir
03.05.2019 [09:51]
Tərtər və Yardımlı rayonlarında tikilməkdə olan idman komplekslərində işlərin yarıdan çoxu başa çatdırılıb
Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir.
Gənclər və İdman Nazirliyinin maliyyə və maddi-texniki təchizat şöbəsinin sektor müdiri Elmir Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, son illərdə respublikamızın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlardandır.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırda Tərtər, Goranboy və Neftçala rayonlarında Olimpiya İdman komplekslərinin, Yardımlı İdman Kompleksinin tikintisi davam etdirilir. Eyni zamanda, dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhərdə idman sarayının tikintisinə başlanılıb. Tərtərdə və Yardımlıda idman komplekslərinin inşası sürətlə davam etdirilir. Hər iki kompleksdə tikinti-quraşdırma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Tərtərdə Olimpiya İdman Kompleksinin təməli 2018-ci il fevralın 28-də qoyulub. Bu Olimpiya İdman Kompleksinin ərazisi 4 hektar, tikintialtı sahəsi 7320 kvadratmetrdir. Ümumi sahəsi 10 min 792 kvadratmetr olacaq bu idman qurğusunun əsas binasında 1000 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, üzgüçülük, güləş, boks və trenajor zalları, 54 yerlik mehmanxana korpusu, restoran, mətbəx və digər texniki-yardımçı otaqlar olacaq. Baş plana uyğun olaraq, ərazidə açıq idman meydançaları, stadion da yaradılacaq. Kompleksdə işlərin demək olar ki, 60-65 faizi görülüb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Yardımlı şəhərindəki Heydər Əliyev prospektində inşa edilən idman kompleksində də işlər qrafikə uyğun yüksək keyfiyyətlə davam etdirilir. Burada əsas binanın tikintialtı sahəsi 3550 kvadratmetr, ümumi sahəsi 5436 kvadratmetr olacaq. Binada 800-ə yaxın tamaşaçı tribunası olan universal idman zalı, eləcə də güləş, boks, trenajor (fitnes), bilyard və stolüstü idman oyunları zalları nəzərdə tutulub. Burada 37 yerlik mehmanxana, kafe-restoran fəaliyyət göstərəcək. Ərazidə açıq tipli minifutbol, voleybol meydançalarının və yardımçı tikililərin inşası planlaşdırılıb. Hazırda kompleksdə tikinti işlərinin 50-55 faizi yekunlaşmaq üzrədir.
Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların hər iki kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılacaq.
Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50

