UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu
24.05.2019 [09:32]
UNEC-də III Science Slam beynəlxalq elm müsabiqəsi keçirilib.
Müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, UNEC İctimai Nəzarət Şurasının üzvləri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.
UNEC-də təşkil edilən beynəlxalq müsabiqənin əsas fəlsəfəsi elmin informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda və prizmadan populyarlaşdırılmasıdır.
III Science Slam müsabiqəsinə UNEC-in bütün fakültələri ilə yanaşı, ilk dəfə olaraq Zaqatala filialının da tələbələri qatılıb. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, video oyunların iqtisadiyyatda rolu, irqi ayrıseçlik mövzuları barədə araşdırmaları böyük maraqla dinlənilib.
Təqdimatlardan sonra, qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu qalibi müəyyənləşdirib. 91.3 desibel (dB) səs tezliyində alqış qazanan İqtisadiyyat fakültəsinin tələbəsi Elşən Qurbanov “Video oyunların insan həyatına təsiri” mövzusunda təqdimatı ilə UNEC III Science Slam müsabiqəsinin qalibi olub. Biznes və menecment fakültəsinin tələbəsi Məryəm Bağırzadə 90.4 dB ilə ikinci, Maliyyə və mühasibat fakültəsinin tələbələri Ləman Nəcəfova və Əsmər Heydərli isə 90.1 dB ilə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, Science Slam beynəlxalq elm yarışması Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçirilib. Bu müsabiqə dünya üzrə Azərbaycanın adını 6-cı ölkə olaraq Science Slam tarixinə yazıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

