Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

19.05.2026 [20:45]

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya gündəliyinin formalaşdırılması baxımından dünyada ən mühüm platformalardan biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hindistanın CEPT Universitetinin Planlaşdırma fakültəsinin professoru Şaşvata Bandyopadhyay deyib. O qeyd edib ki, forum müxtəlif ölkələrdən olan nümayəndələri bir araya gətirərək innovativ yanaşmaların, mövcud çağırışların və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə imkan yaradır. Onun sözlərinə görə, bu platforma qlobal şəhər inkişafı gündəliyinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Şaşvata Bandyopadhyay vurğulayıb ki, Azərbaycan, xüsusilə də Bakı şəhəri dayanıqlı şəhərsalma sahəsində mühüm rol oynaya bilər. O bildirib ki, Bakıda müşahidə etdiyi urban inkişaf prosesi onda müsbət təəssürat yaradıb.

Bakı şəhəriində həyata keçirilən müasir memarlıq və şəhərsalma layihələri, o cümlədən Heydər Əliyev Mərkəzi kimi nümunələr bir çox ölkələr üçün maraqlı təcrübə ola bilər. Xüsusilə Hindistan şəhərləri Bakıdan uğurlu şəhər inkişafı modeli ilə bağlı faydalı təcrübə öyrənə bilər.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30