/ / Pirallahı və Xəzər rayonlarının müəllimlərinin iştirakı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib
Pirallahı və Xəzər rayonlarının müəllimlərinin iştirakı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib
29.06.2019 [10:45]
İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, təmsil etdiyi qurum təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə fəaliyyət göstərir. Məktəblilərin dinlə bağlı məlumatları etibarlı mənbədən almalarının vacibliyindən danışan G.İsmayılov qeyd edib ki, belə olduğu təqdirdə yeniyetmə və gənclərimiz zərərli dini ideologiyanın təsirinə düşməzlər. Sədr müavini çıxışında gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Gündüz İsmayılov bu sahədə müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Dövlət Komitəsinin sədr müavini, eyni zamanda, cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunub. H.Əsgərov vurğulayıb ki, dini dəyərlər mənəvi dəyərlər sistemində xüsusi yer tutur. BŞTİ-nin müdir müavini, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

