Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib
29.06.2019 [10:58]
Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iyunun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bu yarışmanın dünyanın 60 ölkəsində keçirildiyini, Azərbaycanda isə ilk dəfə təşkil olunduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini deyib. “İnklüzivliyi bizi birləşdirən amil kimi görək”, - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə edib və müsabiqəni “inklüzivliyin çempionatı” adlandırıb.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yarışmanın başlamasını bildirən rəmzi düyməni basıb və müsabiqəyə start verilib. On altı komandadan ibarət hakaton iştirakçıları fasiləsiz olaraq 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu ilə işləyəcəklər. Təlimatçılar iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər. Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda innovasiya, inklüzivlik və texnologiya sahələrində səriştəsi olan milli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər. Qalib gələn ideya 5 min manat məbləğində mükafat alacaq və üç ay müddətində ideyanın tətbiqi tamamlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

