“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü
09.07.2019 [10:18]
Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb. Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2600-ü ötüb. Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.
“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni - Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.
“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.
Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11

