İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
12.07.2019 [09:50]
İyulun 11-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib. F.Məmmədov bu sahədə islahatların dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini deyib.
İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səfərin məqsədinin insan haqlarının, o cümlədən məcburi köçkünlərin hüquqlarının təmini sahəsində dəstək göstərmək olduğunu bildirib, məhkəmə-hüquq sistemindəki islahatları və yenilikləri maraqla qarşılayıb.
Səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirən xanım D.Miyatoviç Azərbaycan tərəfinin “açıq qapı” siyasətini qarşılıqlı əməkdaşlığın və etimadın yaxşı təzahürü kimi dəyərləndirib, cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub.
Komissar cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər olunaraq bir sıra əməllərin dekriminallaşdırıldığı, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi barədə məlumatlandırılıb.
Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

