/ / Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
19.07.2019 [12:35]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Elektron hökumətin inkişafı və Rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı fərman və sərəncamları rəhbər tutaraq elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yaradılıb. O qeyd edib ki, Şuranın tətbiq etdiyi yeni proqramlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (Konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.
Natalia Bourjali bildirib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir Şura ilə səmərəli əməkdaşlıq edir. O deyib: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir.
Görüşdə iştirak edən Şura üzvü Əliməmməd Nuriyev SƏLİS-ə daxil olan proqramların hazırlanması istiqamətində görülən işlərdən danışıb və e-məsləhət proqramının həyata keçirilməsinə göstərdiyi texniki dəstəyə görə Agentliyə təşəkkürünü bildirib.
Sonda e-məsləhət proqramının ilk təqdimatı keçirilib. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə videobağlantı yaradılaraq resurs mərkəzinin kollektivi ilə region QHT-lərinin fəaliyyəti haqda maraqlı müzakirə aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

