/ / Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
24.07.2019 [09:32]
İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentinadan və Uruqvaydan olan jurnalistlər Xalid Hallar və Susana Manqana ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı jurnalistlərə ölkəmizdə mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 942 dini qurumun dövlət qeydiyyatına alındığını bildirən sədr onlardan 907-nin İslam, 35-nin isə qeyri-İslam təmayüllü olduğunu deyib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Diqqətə çatdırıb ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını qoruyub-saxlamaq imkanına malikdir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-İslam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri jurnalistlərin ölkəmizin nümunəvi dini tolerantlıq modeli, beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanan vəhdət namazı və radikalizmin qarşısının alınması istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.
Səmimi görüşə görə təşəkkürlərini bildirən jurnalistlər ölkəmizə səfərləri müddətində Azərbaycanın dinamik inkişafının, yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər.
Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

